Bakıda polisdən qaçan 19 yaşlı oğlanı maşın vurdu

Bakıda polisdən qaçan 19 yaşlı oğlanı maşın vurdu

Hazırda oxunan: Bakıda polisdən qaçan 19 yaşlı oğlanı maşın vurdu

192024
Bakıda oğurluqda şübhəli bilinən gənc polisdən qaçan zaman avtomobillə vurulub.

Moderator.az xa0“Report”x9da istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, rayonun Atatürk prospektində Veteranlar parkı adlanan ərazidə hələlik ad-soyadı məlum olmayan 19 yaşlı oğlan velosiped oğurlamağa cəhd göstərib. Bu zaman nəzarətçi hadisədən xəbər tutub və gənc oğlanın cəhdinin qarşısını alıb.xa0

O, gənci polisə təhvil vermək üçün Daxili İşlər Nazirliyinin “102”x9d zəng mərkəzinə zəng vurub. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Çevik Polis Alayanın əməkdaşları gəlib. Bu zaman oğruluğa cəhd edən şəxs polisdən qaçmağa çalışıb.xa0

Gənc qəfil parkın digər hissəsinə keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan “Mercedes”x9d markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Sürücü isə hadisədə günahının olmadığını deyib. Buna baxmayaraq o, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO