Məhkəmənin qarşısında aclıq aksiyası

Məhkəmənin qarşısında aclıq aksiyası

Hazırda oxunan: Məhkəmənin qarşısında aclıq aksiyası

108033
Mingəçevir sakini, 1-ci qrup əlil Azər Heydərov Mingəçevir Şəhər Məhkəməsinin qarşısında aclıq aksiyası keçirməyə cəhd göstərib.


Bu barədə Moderator.az-a Azər Heydərovun oğlu Ramil Heydərov məlumat verib.

Onun sözlərinə görə, hazırda yaşadıqları evlə bağlı mübahisəli məsələlər var. Mingəçevir şəhər Məhkəməsi isə sözügedən mənzildə qeydiyyat məsələsi ilə bağlı ədalətsiz qərar verib. Azər Heydərov məhz bu qərara etiraz edərək aclıq aksiyası keçirmək istəyib.

Azər Heydərov aksiyaya başlayandan sonra hadisə yerinə polislər gəlib. Onu şöbəyə dəvət ediblər. Azər Heydərovun oğlunun verdiyi məlumata görə, atası hazırda polis şöbəsindədir və onunla söhbət aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO