YAP-çı deputat namizədliyini niyə geri götürüb?  ”“ Səbəb

YAP-çı deputat namizədliyini niyə geri götürüb? ”“ Səbəb

Hazırda oxunan: YAP-çı deputat namizədliyini niyə geri götürüb? ”“ Səbəb

98608
Yeni Azərbaycan Partiyası (YAP) 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəii sürdüyü hazırkı deputatı Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov apa-ya açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.
 
O qeyd edib kİ, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”x9d.
 
Qeyd edək ki, hazırda Sumqayıtı Milli Məclisdə YAP-ın deputatı kimi təmsil edən L. Abdullayeva növbəti seçkilərdə partiyanın siyahısı üzrə namizədliyi irəli sürülsə də, öz ərizəsi ilə namizədliyini geri götürüb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO