“Azərbaycan cəmiyyətində fəxri ada can atmaq “xəstəliyi”x9d var”x9d

“Azərbaycan cəmiyyətində fəxri ada can atmaq “xəstəliyi”x9d var”x9d

Hazırda oxunan: “Azərbaycan cəmiyyətində fəxri ada can atmaq “xəstəliyi”x9d var”x9d

85905

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın 140 illiyi münasibəti ilə 800-dən çox jurnalistin fəxri adla təltif olunmaq məqsədi ilə müraciət etdiyini bildirib.

Maraqlıdır, Azərbaycanda fəxri ada layiq nəinki 800, ümumilikdə 80 nəfər jurnalist varmı? Doğrudanmı Azərbaycan jurnalistikasında özünü əlahiddə xidmətlər müəllifi hesab edən bu qədər çox insan var? Jurnalistlərin fəxri ada bu qədər kütləvi maraq göstərməsi nə ilə bağlıdır?

Bununla bağlı Moderator.az-a açıqlama verən fəaliyyətini dayandırmış “Ayna”x9d-“Zerkalo”x9d qəzetinin baş redaktoru Elçin Şıxlı bu problemin cəmiyyətin özündən qaynaqlandığına diqqət çəkdi:

Məsələ bundadır ki, yalnız jurnalistlər arasında deyil, Azərbaycan cəmiyyətində fəxri ada can atmaq “xəstəliyi”x9d var. Yəni bu, cəmiyyətimizin özünün problemidir. Əgər insanın bir titulu, vəzifəsi olmursa, onu saymırlar. Mənə elə gəlir ki, fəxri ada olan marağın bu qədər böyük olması bundan irəli gəlir. 800 insanın buna layiq olub-olmadığına gəlincə, bu barədə fikir bildirmək istəmirəm. Çünki nəhayətdə kimə veriləcəyi, bu adlara kimləri layiq görəcəkləri bilinəcək. Azərbaycanda belə bir ənənə var ki, insanlara kimin oğlu, kimin qohumu, kimin kürəkəni olduğuna görə yanaşırlar. Onları yeni adamlara təqdim edəndə də bu cür təqdim etməyə üstünlük verirlər. Əgər bir vəzifən varsa, tanınmış bir adamın kürəkənisənsə sənə yaltaqlıq da edəcəklər. Əgər kimsənin kürəkəni deyilsənsə, o zaman sənin üzünə də baxmayacaqlar. Problem bundadır”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO