“Bir dövlətin müxtəlif qütblərdə dayanan vətəndaşları- siyasi qüvvələri arasında dialoq aparmasına müsbət yanaşıram”x9d.
Bunu
Moderator.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Osman Kazımov
bildirib. Başqan müavininin sözlərinə görə, heç bir halda dialoqdan imtina etmək
düzgün deyil:
“Hakimiyyət
xüsusilə öz vətəndaşlarına həssas yanaşmalıdır. Hər hansı şərtdən asılı
olmayaraq rəqib hesab etdiyi siyasi qüvvələrlə dialoqa getməlidir. Bu, həm də
onların vəzifə borcudur. Dialoqun nə dərəcədə səmərəli olub-olmayacağı da
daha çox hakimiyyətin münasibətinin səmimiliyindən asılıdır. Hətta hər hansı nəticəsi
olmayacağı ehtimalı varsa belə, dialoqdan çəkinmək lazım deyil”x9d.
Seymur
Əliyev







































































































