Rusiya silah şirkətlərini “yaşatmaq”x9d üçün II Qarabağ savaşını tətikləyə bilərmi?

Rusiya silah şirkətlərini “yaşatmaq”x9d üçün II Qarabağ savaşını tətikləyə bilərmi?

Hazırda oxunan: Rusiya silah şirkətlərini “yaşatmaq”x9d üçün II Qarabağ savaşını tətikləyə bilərmi?

61751

Cari ilin 12 noyabr tarixində təmas xəttinin Ağdam istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-24 tipli döyüş helekopterinin vurulması bölgədə yeni bir savaşın başlanacağı ilə bağlı mövcud ehtimalların bir qədər də ciddiləşməsinə səbəb olub. Məlum savaş ab-havası fonunda diqqət çəkən ən başlıca məqamlardan biri isə Rusiyanın silah şirkətlərinin bir-birinin ardınca Azərbaycan və Ermənistana yönəlik açıqlamalarla çıxış etməsidir. Belə ki, son günlər KİV-ə açıqlama verən Rusiyanın məşhur silah şirkətləri Azərbaycan və Ermənistanın maraq göstərdiyi raket kompleksləri, artilleriya sistemləri ilə bağlı bəzi fikirlər səsləndirməkdədir. Bu açıqlamalarda hansı ölkənin hansı texnikaya maraq göstərdiyi ilə bağlı məqamlar yer alır.

Mövcud durumu şərh edən bəzi politoloqlar isə hesab edir ki, əslində Azərbaycanla Ermənistan Silahlı Qüvvələri arasında gərginliyin artması, münasibətlərin aktiv hərbi əməliyyatlar müstəvisinə keçməsi əslində Rusiya və bu ölkənin silah şirkətləri üçün ciddi önəm kəsb edir. Hazırda Rusiyanın ciddi iqtisadi-maliyyə sanksiyaları ilə üz-üzə qaldığına diqqət çəkən ekspertlər hesab edir ki, mövcud durumda Azərbaycanla rus silah şirkətləri arasındakı əməkdaşlıq bu şirkətlərin ayaqda qalması üçün həyati rol oynamaqdadır. Bu baxımdan bəzi siyasilər hesab edir ki, Rusiya Azərbaycan və Ermənistana silah ixracını genişləndirmək, xüsusilə də neft gəlirləri hesabına böyük maliyyə vəsaitinə malik Azərbaycana çoxlu silah satmaq üçün yeni bir savaşı tətikləyə bilər.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən politoloq Qabil Hüseynli də bu ehtimalın mümkün və gözlənilən olduğunu vurğuladı:

“Rusiya Ermənistana daha güclü, daha müasir, daha mükəmməl silahlar verir. Azərbaycana silah satışından isə böyük gəlirlər əldə edir. Hazırda sanksiyalara məruz qaldığı bir zamanda Rusiya üçün bu, çox əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən Rusiya yeni bir münaqişəni alovlandırmaqla silah satışını genişləndirmək və bundan külli miqdarda vəsait qazanmaq siyasətini həyata keçirə bilər. Bu, tamamilə mümkündür”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO