QAT-ın aclıq aksiyasına qoşulanların sayı artır

QAT-ın aclıq aksiyasına qoşulanların sayı artır

Hazırda oxunan: QAT-ın aclıq aksiyasına qoşulanların sayı artır

61687

Moderator.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə keçirdiyi aclıq aksiyası 3 gündür davam edir.QAT sədrinin müavini İlqar Əli,QAT Şəki şöbəsinin sədri Elxan Rəhimli,girovluqda olan Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Musayev aclıq aksiyasına qoşulublar. QAT-ın Gəncə şöbəsi aclıq aksiyasına dəstək bəyanatı verib. Gün ərzində Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Firidun Məmmədov, müavini İbad Əhədov,Qarabağ qazisi Zərəngül Əliyeva və digərləri aclıq edənlərə baş çəkib,dəstək veriblər.Aclıq aksiyasına Şəkidə qoşulan Elxan Rəhimli bildirib:”x9dMən etiraz aksiyaına beynəlxalq təşkilatların və Azərbaycan hakimiyyətinin girovların taleyi ilə bağlı fəaliyyətsizliklərinə etiraz olaraq qoşuluram.Onlara orada erməni vəhşiləri işgəncələr,əziyyətlər verirlər.Mən aclıq etməklə onların çəkdikləri əziyyətlərin heç olmasa bir hissəsini yaşamaq istəyirəm”x9d.Qarabağ qazisi,Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firidun Məmmədov aclıq edənlərə baş çəkərkən bildirib:”x9dQAT-çılar həmişə Qarabağ məsələsində hamıdan öndə olublar.Sizə təşəkkür edirik.Allah fədakarlığınızın nəticəsini göstərsin”x9d.


Səxavət Cabbarov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO