"Əsrin müqaviləsi" qırğız dilində...

Hazırda oxunan: "Əsrin müqaviləsi" qırğız dilində...

55888
Bişkekdə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi və təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş Azərbaycan Respublikası prezidentinin İcra Aparatının bölmə müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyətli hadisədir” məqaləsi qırğız dilinə tərcümə olunur. Qısa zamanda qırğız dilinə tərcümə edilərək ayrıca kitab şəklində nəşr ediləcək əsərin təqdimatı “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının təməlidir” movzusunda keçiriləcək konfrans üçün nəzərdə tutulub. 

Məqaləni azərbaycan dilindən qırğız dilinə Mukan Asanaliyev tərcümə edir.

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə neft gəlirlərinin respublikanın inkişafına yönəldilməsi üçün təməli işlər görülüb və Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra neft strategiyası ölkənin gələcəyini müəyyən edən əsas istiqamətə çevrildiyi və 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etməsi məqalədə öz əksini tapıb.

Məqalədə XX əsrin 90-cı illərində bazar münasibətlərinə keçidi şərtləndirən iqtisadi, siyasi, hüquqi islahatların gerçəkləşdirilməsi ilə yanaşı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, habelə Xəzərin karbohidrogen ehtiyatlarından məqsədyönlü istifadə edilməsi nəticəsində ölkənin tədricən ümummilli böhranı aradan qaldırmağa, sabit inkişaf yoluna qədəm qoymağa müvəffəq ola bilməsi qeyd olunur. Ulu öndər Heydər Əliyevin enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun geosiyasi və geoiqtisadi mövqelərini daha da möhkəmləndirməsi, dövlətin dünyada sabit enerji təminatçısı kimi tanıdılması əsaslandırılıb.

"Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyətli hadisədir” məqaləsi Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu müqavilə ilə əsası qoyulan neft strategiyası Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib. Neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun seçilməsi də Ümummilli Liderimizin gərgin əməyi sayəsində reallaşıb. Ulu öndər Heydər Əliyevin dühasının məhsulu olan uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində artan neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafına da təkan verib. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlib. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilib.

Ümummilli Liderin neft strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə zaman keçdikcə güclənir, iqtisadi cəhətdən inkişaf edir, xalqın rifah halı yaxşılaşdırılır, neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilməsi haqda məqalədə geniş faktlar yer alıb. "Bu haqda xəbəri Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov verib. Onun dediyinə görə, ayrıca kitab şəklində nəşr ediləcək məqalənin pulsuz yayılması nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO