Azərbaycan xalqının dünya şöhrətli ziyalısı, məşhur kinorejissor Rüstəm İbrahimbəyov qəzetimizə açıqlamasında daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevlə bağlı növbəti bəyanat səsləndirib. Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən R.İbrahimbəyovun sözlərinə görə, əgər E.Quliyev həbs edilərsə, bu, bütün dünyada ciddi rezonansa səbəb olacaq və Azərbaycanın beynəlxalq imicinə böyük zərbə vuracaqdır:
“Hər kəs bilir ki,
E.Qulieyvlə bağlı məsələnin kökündə siyasi motivlər dayanır. Ümumilikdə, həbs edilən
siyasi fəallartın hamısında siyasi motivlər başlıca rol oynayır. Lakin siyasi fəalları fərqli məsələlərlə bağlı
ittiham edir, bununla da ictimaiyyəti çaşdıqmağa çalışırlar. Kiminin cibinə
narkotik atır, kimini hansısa cinayətdə ittiham edir, o birisinə oğru damğası
vururlar və s. Hamı başa düşür ki, bu süni ittihamlardır. E.Quliyevlə bağlı məsələ
isə tamamilə aydın və açıqdır. Buna hansısa don geyindirmək mümkün deyil. Eldəniz
bəy sadəcə tənqid səsləndirib. Əgər E.Quliyev həbs olunarsa bu, Azərbaycandakı
vəziyyətin qeyri-normal olduğunu dünyaya bir daha sübut edəcək. Hakimiyyət bunu
başa düşmür. Vətəndaşın, ziyalının adi bir tənqidə görə məhkəməyə verilməsinin
özü dünyada böyük rezonansa səbəb olacaq. Beynəlxalq aləm bu məsələyə böyük
diqqət ayıracaq”.
Seymur Əliyev








































































































