Üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliliyinə ciddi maneə yaradır. Təhsildə uzunmüddətli fasilə şagirdlərdə bir sıra mühüm vərdişlərin sıradan çıxmasına, onların təhsil prosesindən ayrı düşməsinə səbəb olur.
Moderator.az
xəbər verir ki, bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın
elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov
dilə gətirib.
Vaqif
Abışovun sözlərinə görə, orta məktəb müəlliləri hər yeni dərs ilinin
başlanğıcında şagirdlərin daha öncə qazandıqları biliklərin müəyyən bir
hissəsini unutduqlarının, təhsil prosesinə alışa bildmədiklərinin şahidi
olurlar: "Uzunmüddətili fasilədən sonra şagirdlərdə təhsil prosesinə
konsentrasiya olmaqla bağlı ciddi problemlər yaranır. Onların yenidən məktəb
həyatına alışması isə xeyli vaxt aparır".
BAXCP
rəsmisi hesab edir ki, bu problemlərin aradan qaldırılması üçün dünyanın bir
çox aparıcı ölkələrində tətbiq olunan təcrübənin Azərbaycanda da həyata
keçirilməsi vacibdir: "Hümunəvi təhsil sistemi olan Böyük Britaniyada,
həmçinin Yaponiya və bu kimi digər inkişaf etmiş ölkələrin məktəblərində dərs
ili 2 semestrdən ibarətdir. Şagirdlərə 1-ci semestrdən sonra 14, 2-ci
semestrdən sonra isə 45 günlük tətil verilir. Hesab edirik ki, bu təcrübənin
Azərbaycanda da tətbiq edilməsi qeyd olunan problemlərin aradan qaldırılmasında
mühüm rol oynaya bilər".






































































































