Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şıxlar və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.




































































































