A.M.A.Y. Abdullanı şərikləri ələ verib...?- Yenilənib

A.M.A.Y. Abdullanı şərikləri ələ verib...?- Yenilənib

Hazırda oxunan: A.M.A.Y. Abdullanı şərikləri ələ verib...?- Yenilənib

44070
A.M.A.Y. Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin həbsiylə bağlı tanınmış hüquqşünas Namizəd Səfərov Moderator.az-a maraqlı açıqlama verib. Onun sözlərinə görə A. Abdullayevin özünün və şəriklərinin ayağında çoxsaylı cinayətlər var və ola bilsin kimlərsə onu aldadaraq Bakıya gəlməsini təşkil etməklə "torbasını tikib":

"Təkcə A.M.A.Y. rəhbəri Abdulla Abdullayev deyil, onun biznes şəriklərinin hər birinin əməlində onlarla cinayət əməllərinin tərkib əlamətləri mövcuddur. Məndə olan məlumata görə Abdulla Abdullayev bir müddət idi ki,İranda və Türkiyədə olmaqla istintaqdan yayınırdı. Lap bu yaxınlarda o Bakıya təşrif buyurmuşdu. Ola bilsin ki,şəriklərindən kimsə onun həbs olunmasının gündəmdə olmadığına dair ona düzgün olmayan məlumat vermiş və o,sərbəst surətdə Azərbaycana qayıtmışdı. Ola bilsin ki, şəriklərindən də kimsə onun həbsə alınmağında maraqlı olmuş və ona necə deyərlər, "torba" tikmişdir."
Hüquqşünas həbsin səbəbləri barədə daha şok iddialar səsləndirdi və ona elan olunan ittihamı qondarma hesab etdiyini bildirdi:
"Bildiyiniz kimi hal-hazırda Nobel prospektinin başlanğıcında yerləşən möhtəşəm bir "A.M.A.Y." ticarət mərkəzi mövcuddur.Bu binaya göz tikənlər isə çoxdur. Məlumdur ki, belə bir möhtəşəm tikintiyə sahib olma hüququna malik olan şəxslərin dairəsi məhduddur. Hesab edirəm ki, A.M.A.Y. Abdulla bu şəxslərin çevrəsinə daxil deyil. Lakin binaya iddialılar sırasına qoşulmaq iddiasında olmuşdur. Ola bilsin ki, həbsinin motivləri də bununla bağlıdır.
Ona qarşı rəsmi qaydada irəli sürülən ittiham isə qətiyyən inandırıcı görünmür və və şəxsən mən bu ittihamı qondarma və uydurma ittiham hesab edirəm."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO