Elxan Mehdiyev: “Ərdoğanın Azərbaycan səfəri təhlükəsizliklə bağlıdır”

Elxan Mehdiyev: “Ərdoğanın Azərbaycan səfəri təhlükəsizliklə bağlıdır”

Hazırda oxunan: Elxan Mehdiyev: “Ərdoğanın Azərbaycan səfəri təhlükəsizliklə bağlıdır”

43996

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu gün başlayan səfəri yalnız Azərbaycanda deyil, bütün dünyada maraqla izlənməkdədir. Qalmaqallı 17 dekabr əməliyyatları və gərgin keçən bələdiyyə seçkilərindən sonra Ərdoğanın Azərbaycana gözlənilməz gəlişi ekspertlər tərəfindən fərqli aspektlərdsən şərh edilmədkədir. Bəzi siyasilər hesab edir ki, Fətullah Gülənlə mübarizənin birinci etabını ağır da olsa qələbə ilə başa vuran Ərdoğanın səfərində əsas məqsəd, Azərbaycanda kifayət qədər ciddi dayaqlara malik olduğu ehtimal edilən nurçuların mövqeyini zəiflətmək məqsədinə xidmət edir. Eklspertlər hesab edir ki, Ərdoğan səfər əsnasında Azərbaycandakı nurçuların mövqeyini sarsıtmaqla növbəti dönəmlərdə oxşaq problemdən özünü sığortalamağa cəhd edəcək. 

Bununla yanaşı, Ərdoğanın səfərinin Krım böhranı ilə da bağlı olacağı ehtimal edilən əsas məsələlər sırasındadır. Səfər zamanı Azərbaycan tərəfi ilə enerji layihələrinin müzakirəsi də istisna edilmir.

Moderator.az-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev isə hesab edir ki, Ərdoğanın bu səfəri daha çox təhlükəsizlik amili ilə əlaqədar ola bilər. Ekspertin qənaətincə, Türkiyə ordu rəhbərliyinin müntəzəm xarakter alan səfərləri də Ərdoğanın gəlişinin daha çox təhlükəsizliklə bağlı olduğunu söyləməyə əsas verir: “Ərdoğanın Azərbaycana səfəri və onun bu səfərində hansı məsələlərin müzakirə ediləcəyi hər kəs üçün sürprizdir. Bu baxımdan biz də yalnız həmin səfərlə bağlı öz təminlərimizi səsləndirə bilərik. Biz bu səfərə hər şeydən öncə Ukrayna olayları konteksində yanaşa bilərik. Ərdoğandan öncə Türkiyə Silahlı Qüvvələrinin komandanlığının Azərbaycan səfər etdiyini nəzərə alsaq, o zaman NATO-nun aparıcı ölkəsi olan Türkiyənin baş naziri Ərdoğanın bu səfərinin təhlükəsizliklə bağlı olduğu ehtimal edilə bilər”.

Konfiliktoloqun qənaətincə, səfər əsnasında Türkiyə-Azərbaycan arasında enerji layihələrinin müzakirə ediləcəyi də gözləniləndir: “Ərdoğan bələdiyyə seçkilərindən sonra yəqin ki, hakimiyyətini uzatmaq haqqında düşünür və səbəbdən də enerji layihələri ilə bağlı məsələlər də gündəmə gələ bilər”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO