"Hazırda həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədova onun gecələr şəhərə çıxması barədəki məlumatların mətbuata digər xanım məhbus, jurnalist Şəmsiyyə Bəylərqızı tərəfindən ötürüldüyünü zənn edərək ona hədə-qorxu mesajları göndərib”.
Vəkil Elçin Sadıqovun mətbuata verdiyi xəbərə görə, bunu ona Ş.Bəylərqızı özü deyib: "Şəmsiyyə Bəylərqızı mənə zəng etmişdi. Bildirdi ki, Gülər Əhmədova bu məlumatın yayılmasında ondan şübhələnib. Bunun ardınca isə sabiq deputat Şəmsiyyə Bəylərqızının olduğu kamerada bir neçə dəfə qanunsuz axtarış həyata keçirtdirib. Gülər Əhmədova Şəmsiyyə Bərlərqızına övladı ilə görüşməsinə belə qadağa qoydurub...”







































































































