Məhkəmə Hüquq Şurasının (MHŞ) mövcudluğu və ona hökumət üzvü olan ədliyyə nazirinin rəhbərlik etməsinə Qüdrət Həsənquliyev srağagün saytımıza verdiyi müsahibədə bir daha toxunub və bunu hər zaman kəskin tənqid etdiyini bildirərək yolverilməz hal adlandırıb. Görəsən, bu qurum hansı zərurətdən yaranıb və ümumiyyətlə bu quruma ehtiyac varmı və varsa, ona kimlər rəhbərlik etməlidir?
Tanınmış hüquqşünas Namizəd Səfərov da hesab edir ki, Qüdrət Həsənquliyev haqlıdır və MHŞ hüquq sisteminə naşılıqla vurulmuş bir yamaqdır:
"Hesab edirəm ki, Məhkəmə Hüquq Şürası Azərbaycan Məhkəmə və Hüquq sisteminə heç nə ilə əsaslandırılması mümkün olmayan və bu sistemə demokratiya görüntüşü verilməsi məqsədi ilə yaradılmış, formal olduğu hamıya bəlli olan naşılıqla vurulmuş süni bir yamaqdır. Azərbaycanda hamıya yaxşı bəllidir ki, mövcud məhkəmə-hüquq sistemi İcra, yəni Prezident Hakimiyyəti tərəfindən vahid bir mərkəzdən idarə olunur və bu mərkəzin sifarişlərini yerinə yetirir.
Əgər Məhkəmə Hüquq Şürasının tərkibinə indi olduğu kimi, ədliyyə nazıri, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri deyil və ya ən azı bunlarla yanaşı ictimaiyyət nümayəndələri, tanınmış hüquqşünaslar, QHT və İnsan Hüquqları Müdafiə təşkilarlarının nümayəndələri də daxil edilmiş olsaydı, vəziyyət bir az fərqli ola bilərdi və indiki kimi acınacaqlı olmazdı."






































































































