ABŞ-ın və dünyanın ən zəngində adamlarından biri, filantrop Corc Fidias Mitçell dünyasını dəyişib. Musavat.com-un Bloomberg-ə istinadən verdiyi məlumata görə, milyarder Texasdakı iqamətgahında vəfat edib. Ailə üzvlərinin sözlərinə görə, 94 yaşlı Mitçell öz əcəli ilə ölüb.
Mitçelin ailəsi ABŞ-dan Yunanıstana köçüb. O, 10 uşaq atasıdır.
Corc Fidias Mitçell Mitchell Energy&Development Corp. Şirkətinin yaradıcısıdır. O da Uorren Baffet və Bill Geyts kimi gəlirlərinin yarısını xeyriyyə məqsədilə ianə edib.







































































































