AAYDA-nın sədr müavininin “xaricdəki biznes” xəbəri yalan çıxdı

AAYDA-nın sədr müavininin “xaricdəki biznes” xəbəri yalan çıxdı

Hazırda oxunan: AAYDA-nın sədr müavininin “xaricdəki biznes” xəbəri yalan çıxdı

264478

Bir müddət bundan öncə sosial şəbəkələrdə xaricdə yaşayan bəzi şəxslər tərəfindən xa0Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin guya xarici ölkələrdə böyük “biznes imperiyasına” malik olması ilə bağlı məlumatlar yayılıb. Məhz sosial şəbəkələrdə yer alan bu məlumata istinadən edən bəzi saytlar da, heç bir mötəbər mənbəyə söykənməyən, yoxlanılmayan məlum informasiyanı işıqlandırmaqla AAYDA-nın sədr müavini haqqında ictimaiyyətə yanlış məlumat verib. Sonradan işıqlandırdıqları informasiyanın əssassız olduğunu anlayan həmin saytlar bu xəbərin əsassız olamsı ilə bağlı xəbər yaysalar da, baş verənlər cəmiyyətdə müəyyən çaşqınlıq və anlaşılmazlığa səbəb olub.

Moderator.az olaraq mövcud duruma aydınlıq gətirmək, AAYDA-nın sədr müavininin xaricdəki biznesi ilə bağlı deyilənləri nə dərəcədə əsaslı və ya əsassız olduğunu müəyyənləşdirmək üçün mövzu ilə bağlı araşdırma apardıq. Apadığımız araşdırma nəticəsində bəlli oldu ki, Əvəz Qocayev haqqında səslənən fikirlərin gerçəkliklə hər hansı əlaqəsi yoxdur və onun guya xarici ölkələrdə biznes yaratması ilə bağlı deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Bu yöndə sosial şəbəkələrdə yer alan məlumatların təhlili göstərdi ki, AAYDA-nın sədr müavini haqqında deyilənlər sadəcə olaraq Ə.Qocayevin cəmiyyətdəki nüfuzuna xələl gətirmək, onun haqqında ictimai rəydəxa0 mənfi təəssürat yaratmağa hesablanıb.

Həmkarlarımıza müraciət edərək onları bu və bu kimi məsələlərdə diqqətli olmağa, sosial şəbəkələrdə yer alan, heç bir fakta söykənməyən informasiyaların işıqlandırılmasından çəkinməyə səsləyirik. Unutmamalıyıq ki, məmurlar haqqında səsləndirilən bu kimi əsassız infortmasiyalar onların vətəndaş kimi hüquqlarını pozmaqla yanaşı, həm də bu şəxslərin məmur kimi nüfuzuna da xəlil gətirir, onların dövlət və xalq qarşısındakı xidmətlərinə kölgə salır. Ümid edirik ki, mətbuatımız bundan sonra sosial statusundan, vəzifə və mövqeyindən asılı olmayaraq hər hansı şəxs haqqında sosial şəbəkələrdə yer alan infortmasiyalara məsuliyyətlə yanaşacaq, bu şəxslər barəsində əsassız informasiyalar yaymaqla ictimai rəydə çaşqınlığın yaranmasına yol verməyəcək. Yaddan çıxarmamalıyıq ki, başqaları haqqında səsləndirdiyimiz hər bir məsuliyyətsiz fikir bizim üçün məsuliyyət yaradır.

xa0

xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO