Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova qurumdakı işindən ayrılıb.
Moderator.az xəbər verir ki, bu haqda E.Xəlilovanın özü bildirib. O, bu gündən başqa işə keçməyilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindəki fəaliyyətinin başa çatdığını deyib.xa0
"Jurnalistlərlə işlədiyim 5 il ərzində əməkdaşlığa, göstərdikləri diqqətə və dostluğa görə hər birinə minnətdaram”x9d.
Esmira Xəliova Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə 2013-cü ilin fevralında təyin edilmişdi. Ondan öncə isə ANS telekanalında çalışıb.(modern.az)
































































































