Abramoviçin keçmiş komandası ilə bağlı yeni XƏBƏR - FOTO

Abramoviçin keçmiş komandası ilə bağlı yeni XƏBƏR - FOTO

Hazırda oxunan: Abramoviçin keçmiş komandası ilə bağlı yeni XƏBƏR - FOTO
637096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-dən olan iş adamı Todd Bouli “Çelsi”nin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, iş adamının klubdakı payını “Clearlake Capital Group” ("Clearlake") şirkəti əldə edəcək. Hansyörq Viss “Çelsi”də əhəmiyyətli səhmdar və tərəfdaş olaraq qalacaq. “Clearlake”, həmçinin klub üzərində tam nəzarəti ələ keçirəcək.

İstefası ilə bağlı “Çelsi”nin rəsmi saytına danışan Todd Bouli bunları deyib: “Bu vəzifədə çalışmaq mənim üçün şərəf idi. Klubun parlaq gələcəyinin təmin edilməsinə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Əminəm ki, “Clearlake”in rəhbərliyi altında Çelsi davamlı uğurlar qazanacaq”.

Qeyd edək ki, 2022-ci ildə rusiyalı iş adamı Roman Abramoviç “Çelsi”nin səhmlərini Todd Boulinin konsorsiumuna satıb.

Abramoviçin keçmiş komandası ilə bağlı yeni XƏBƏR - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO