Türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğradı – 5 ölü var

Türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğradı – 5 ölü var

Hazırda oxunan: Türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğradı – 5 ölü var

637094

Kolumbiyada 3 gün öncə radarlardan itən “Cessna T206” təyyarəsinin qəzaya uğradığı məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Abelardo de la Esprielya “X” sosial şəbəkəsində açıqlama yayıb.

Onun sözlərinə görə, tükiyəli iş adamı Mehmet Çankayanın idarə etdiyi təyyarədəki 5 nəfərin hamısı qəza nəticəsində həlak olub. Ölkə başçısı ölən şəxslərin yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, təyyarə sentyabrın 13-ü yerli vaxtla saat 09:23-də radio əlaqəsi kəsildikdən sonra yoxa çıxıb. Hava gəmisi Çoko bölgəsindəki Mandinqa aeroportundan Boqotadakı Quaymaral hava limanına uçurmuş.

Kolumbiya Mülki Aviasiya İdarəsi və axtarış-xilasetmə qrupları təyyarənin Risaralda bölgəsindəki Pueblo Riko bələdiyyəsinin sərhədləri daxilində, təxminən 9000 fut yüksəklikdə dağlıq ərazidə qəzaya uğradığını müəyyən edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO