“İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir” - Gündüz İsmayılov

“İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir” - Gündüz İsmayılov

Hazırda oxunan: “İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir” - Gündüz İsmayılov
637125
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məhz məscidlərdir”.

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirilir.

“İşğaldan azad edilmiş ərazilərdə ilk təmir olunan tarixi-dini abidələr məhz məscidlərdir. Bu da təsadüfi deyil. Çünki tarixi-dini abidələr ibadət evi və tarixi abidə olmaqla yanaşı, Azərbaycan xalqının mənəvi və tarixi yaddaşını özündə əks etdirir”, - G.İsmayılov bildirib.

Sədr müavini qeyd edib ki, tarixi-dini abidələr eyni zamanda Azərbaycana xas məzhəblərarası birliyin, dinlərarası dialoqun və multikultural dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

G.İsmayılovun sözlərinə görə, ölkədə yüzlərlə tarixi-dini abidə hazırda təyinatı üzrə məscid, kilsə və sinaqoq kimi fəaliyyət göstərir və həmin abidələrin nəzdində dini icmalar mövcuddur.

O əlavə edib ki, tarixi-dini abidələrin qorunması, təmiri və bərpası, gələcək nəsillərə ötürülməsi, eləcə də bu prosesdə dini icmaların və din xadimlərinin rolunun artırılması konfransın əsas müzakirə mövzularındandır.

“Ümid edirik ki, konfransda müzakirə edilən məsələlər Azərbaycan xalqının zəngin mədəni irsinin tərkib hissəsi olan tarixi-dini abidələrin qorunub saxlanılmasında yeni mərhələnin başlanğıcı olacaq”, - deyə G.İsmayılov vurğulayıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO