Bərpası nəzərdə tutulan məscid və ziyarətgahların adları AÇIQLANDI

Bərpası nəzərdə tutulan məscid və ziyarətgahların adları AÇIQLANDI

Hazırda oxunan: Bərpası nəzərdə tutulan məscid və ziyarətgahların adları AÇIQLANDI

637136

“Prezidentin Sərəncamları ilə Mərdəkən qəsəbəsindəki Pir Həsən ziyarətgahının, Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas Cümə məscidinin təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılıb. Artıq Pir Həsən ziyarətgahında, işlər başa çatdırılıb, İmam məscidində təmir işləri yekun mərhələyə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb”.

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dini abidələrin bərpası yaddaşın və gələcək nəsillər qarşısında məsuliyyətini göstərir:

“Çünki hər bir məscid, ziyarətgah, türbə və ya istənilən tarixi-dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət deyil. O, xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının daşıyıcısıdır.

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq fəaliyyətinin mühüm istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır. Burada məqsəd yalnız dağıdılmış tikililərin yenidən qurulması deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır.

Dini abidələri bərpa etdikdən sonra bunları necə qorumalı və yaşatmalıyıq? Burada nəzərə alınması son dərəcə vacib olan bir məqam var. Hər abidənin öz tarixi, özünəməxsus mənəvi məzmunu və cəmiyyətdəki yeri nəzərə alınır".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO