Qazaxıstanda toy zamanı bəyin tortu yerə çırpması ilə bağlı yayılan video son günlərdə həm Qazaxıstanın sosial media seqmentində (Kaznet), həm də digər regional platformalarda geniş müzakirələrə və rezonansa səbəb olub.
Bizim.Media “Bakupost.az”a istinadən xəbər verir ki, hadisə toyun ənənəvi tort kəsilməsi mərasimində baş verib.
Məclisi idarə edən aparıcı bəydən toy tortunun ilk tikəsini kimin - anasının, yoxsa gəlinin - dadacağını soruşur. Bəzi mənbələr aparıcını təxribatçı sual verməkdə də ittiham edir.
Bəy isə mikrofona "Mənə bu həyatı bəxş edən valideynlərim dadacaq”, - deyə cavab verir.
Bu cavabdan sonra gəlinin bəyə nəsə deyərək öz narazılığını və emosiyalarını ifadə etdiyi görünür. Gəlinin bu reaksiyasına dözməyən və qəfildən əsəbləşən bəy toy tortunu yerə atır.
Bu görüntülər istifadəçilər arasında birmənalı qarşılanmayıb.
Bizim.Media































































































