Rusiyalı modeli sevgilisi qətlə yetirdi - Türkiyədə TUTULDU - FOTO

Rusiyalı modeli sevgilisi qətlə yetirdi - Türkiyədə TUTULDU - FOTO

Hazırda oxunan: Rusiyalı modeli sevgilisi qətlə yetirdi - Türkiyədə TUTULDU - FOTO
637120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təxminən iki ay əvvəl model və “Missis Rusiya – Kainat” müsabiqəsinin iştirakçısı Natalya ilə bağlı qətldə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb.

Bizim.Media xəbər verir ki, SHOT-un məlumatına görə, saxlanılan şəxs 44 yaşlı biznesmen, mərhumun birlikdə yaşadığı Pavel K. olub. 39 yaşlı Natalya ilə mübahisə və qətldən dərhal sonra o, Vnukovo hava limanından Türkiyəyə uçub, oradan isə başqa ölkəyə gedib.

Onun marşrutunu Rusiya polisi ilə türkiyəli həmkarlarının əməkdaşlığı nəticəsində müəyyənləşdirmək mümkün olub. Hazırda biznesmen həbsdə saxlanılır.

Xatırladaq ki, Natalya iyulun 18-də iti ilə gəzintiyə çıxdığı zaman itkin düşmüşdü. Həmin gün qadın birlikdə yaşadığı şəxslə mübahisə etdikdən sonra onunla əlaqə kəsilib.

Mərhumun cəsədi çantada gizlədilmişdi. Modelin ev heyvanı onun cəsədinin tapılmasına kömək edib.

Rusiyalı modeli sevgilisi qətlə yetirdi - Türkiyədə TUTULDU - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO