13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu

13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu

Hazırda oxunan: 13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu

637099

Belçikanın Flamand Parlamentinin deputatı Frederik Erens (Frédéric Erens) Brüsseldəki parlament binasının tualetində təxminən 13 saat bağlı qaldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Bizim.Media “The Brussels Times”a istinadən xəbər verir ki, "Vlaams Belang" partiyasının 58 yaşlı nümayəndəsi tualet qapısının kilidinin xarab olması səbəbindən çölə çıxa bilməyib.

Çərşənbə günü səhər saatlarında xilasetmə xidməti əməkdaşları müdaxilə edərək nasaz qıfılı qırıb və deputatı xilas ediblər. Qapalı məkanda uzun müddət qaldıqdan sonra tənəffüs çətinliyi yaşayan Erens dərhal Brüsseldəki "Saint-Jean" Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları və deputatın dəqiq səhhəti barədə hələlik ətraflı məlumat verilmir.

Qeyd edək ki, 58 yaşlı Frederik Erens 2024-cü ildə Flamand Brabant dairəsindən Flamand Parlamentinə seçilib. O, Nəqliyyat və İctimai İşlər, eləcə də Xarici Siyasət komitələrinin üzvü olmaqla yanaşı, Kerberqen bələdiyyə şurasının deputatıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO