Odessa kütləvi şəkildə atəşə tutuldu: Çoxmərtəbəli binaya zərbələr dəydi – FOTO -VİDEO

Odessa kütləvi şəkildə atəşə tutuldu: Çoxmərtəbəli binaya zərbələr dəydi – FOTO -VİDEO

Hazırda oxunan: Odessa kütləvi şəkildə atəşə tutuldu: Çoxmərtəbəli binaya zərbələr dəydi – FOTO -VİDEO
637110
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 17-nə keçən gecə Rusiya qüvvələri Odessa vilayətinə qarşı kütləvi hücum həyata keçirib. Hücum nəticəsində vilayət mərkəzində çoxmərtəbəli yaşayış binası və fərdi yaşayış sektoru hədəfə alınıb.

Bizim.Media xəbər verir ki, Odessanın Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın məlumatına görə, düşmən hücumu nəticəsində 19 mərtəbəli yaşayış binasına zərbə dəyib, 14-cü mərtəbədən 16-cı mərtəbəyə qədər mənzillər dağılıb.

Ümumilikdə hücum nəticəsində 7 nəfər, o cümlədən 4 və 13 yaşlı iki uşaq xəsarət alıb.

Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, çoxmərtəbəli binada baş verən yanğın söndürülüb, şəhərdə bir fərdi yaşayış evi tamamilə məhv edilib. Digər ünvanlarda isə anbar binaları, uşaq bağçası, avtomobillər və qarajlar zərər görüb. Hadisə yerində 150-dən çox xilasedici işləyir.

Xatırladaq ki, sentyabrın 13-də Rusiya ordusu Odessanı idarə olunan aviasiya bombaları və "Şahed" dronları ilə atəşə tutmuş, nəticəsində 24 nəfər yaralanmışdı.

Bundan əvvəl, sentyabrın 12-də isə Arkadiya rayonundakı 25 mərtəbəli "Perlina" yaşayış kompleksinə edilən zərbə nəticəsində 2 nəfər həlak olmuş, otuzadək insan yaralanmışdı.


Odessa kütləvi şəkildə atəşə tutuldu: Çoxmərtəbəli binaya zərbələr dəydi – FOTO -VİDEO - foto 1
Odessa kütləvi şəkildə atəşə tutuldu: Çoxmərtəbəli binaya zərbələr dəydi – FOTO -VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO