Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı - CƏZA - VİDEO

Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı - CƏZA - VİDEO

Hazırda oxunan: Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı - CƏZA - VİDEO

637122

Binəqədi Rayon Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxsə seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, 1997-ci il təvəllüdlü Kərim Kərimov on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan - 2010-cu il təvəllüdlü S.S-ni (adı, soyadı şərtidir) qaçırıb.

Belə ki, o, 2026-cı ilin yanvar ayının 31-də saat 09 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində “Snapçat” sosial şəbəkəsi vasitəsilə tanış olduğu S.S.-i qızın istəyi ilə qaçıraraq əmisinin evinə aparıb.

Kərim Kərimov məhkəmədə ifadəsində bildirib ki, S.S.-in anasının xahişi ilə qaçırdığı qızı geri – evlərinə qaytarıb:

“Mən S.S. ilə bağlı öz valideynlərimə məlumat verdim. Lakin onlar razı olmadı. Mənə ilk nikahımdan boşanmadığımı dedilər”.

Zərərçəkmiş S.S. məhkəmədə dindirilərkən qeyd edib ki, Kərimlə 2025-ci ilin dekabr ayının 12-də sosial şəbəkə vasitəsilə tanış olub:

“Tanışlıq müddətində o, mənə subay olduğunu bildirdi. Lakin bir müddət keçdikdən sonra evli olduğunu və hazırda boşanmaq ərəfəsində olduqlarını söylədi. Onun evli olduğunu öyrəndikdə ayrılmaq istədim. Lakin Kərim “məndən ayrılma, səni gözəl yaşadacam” və sair sözlər dedi”. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO