Azərbaycanda 2027-ci ilin büdcə xərcləri MƏLUM OLDU

Azərbaycanda 2027-ci ilin büdcə xərcləri MƏLUM OLDU

Hazırda oxunan: Azərbaycanda 2027-ci ilin büdcə xərcləri MƏLUM OLDU
637060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci ildə Azərbaycanda dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Maliyyə Nazirliyindən manatın məzənnəsi ilə bağlı PROQNOZ


Belə ki, 2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.

Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:

- dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, o cümlədən rəqəmsal inkişaf yönümlü və innovasiya tutumlu sahələrə investisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması və biznes-investisiya mühitinin yaxşılaşdırılması;

- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləş-dirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;

- işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

- rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi;

- əhalinin sosial müdafiəsi və rifahı, xüsusilə həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi;

- iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;

- müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;

- dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı;

- təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunması, eləcə də yaşıl enerji mənbələrinin genişləndirilməsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO