Fazil Mustafa: “İmkan yaradılsa, Ermənistandakı abidələrin də bərpasına hazırıq”

Fazil Mustafa: “İmkan yaradılsa, Ermənistandakı abidələrin də bərpasına hazırıq”

Hazırda oxunan: Fazil Mustafa: “İmkan yaradılsa, Ermənistandakı abidələrin də bərpasına hazırıq”
637152
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Qərbi Azərbaycanla bağlı hansısa imkan yaradılsa, indiki Ermənistan ərazisində abidələrin bərpası üçün nə lazımdırsa, təşəbbüsə hazırdır. Sülh sazişi imzalandıqdan sonra biz oradakı abidələrin də bərpasına töhfəmizi verəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tarixi abidələrin yalnız daşlarının və ya əvvəlki modelinin yox, tarixi yaddaşın da bərpası və ona yeni turistik mahiyyət verilməsi vacibdir.

"Bu abidələri bərpa etməklə təkcə bizim cəmiyyətə hörmət ifadə etmirik, həm də başqalarının turistik məkan kimi yanaşmasını təmin etmiş oluruq. 

Biz bütün tarixi abidələri bərpa edirik. Kilsəni də, məscidi də, sinaqoqu da eyni multikulturalist, humanist yanaşma ilə edirik. Bizdə tarixi-dini abidələrə etnik prizmasdan yanaşılmır. Biz Avropada da, Fransada da, Vatikanda da tarixi-dini abidələrin bərpasına töhfələrimizi veririk".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO