Rusiya ötən gecə Ukraynaya hansı silahlarla hücum edib? – SİYAHI

Rusiya ötən gecə Ukraynaya hansı silahlarla hücum edib? – SİYAHI

Hazırda oxunan: Rusiya ötən gecə Ukraynaya hansı silahlarla hücum edib? – SİYAHI

637126

Sentyabrın 17-nə keçən gecə, sentyabrın 16-sı saat 18:00-dan etibarən Rusiya Ukraynaya müxtəlif tipli raketlərlə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Hücum zamanı Rusiyanın Kursk vilayətindən “Oniks” gəmiəleyhinə raketlərindən, Bryansk və Voronej vilayətlərindən “İsgəndər-M/S-400/KN-23” ballistik raketlərindən istifadə olunub.

Bundan əlavə, Xəzər dənizinin akvatoriyasından 4 ədəd dəniz bazalı “Kalibr” qanadlı raketi, Azov dənizi akvatoriyasının hava məkanından isə 10 ədəd “Bandеrol”/“Dan-T” raketi buraxılıb.

Həmçinin Rusiya Oryol və Millerovo şəhərləri, işğal altındakı Donetsk və Krımdakı Qvardeyskoye yaşayış məntəqəsindən “Shahed” tipli 157 hücum PUA-sı, eləcə də “Parodiya” tipli dron-təqlidçilərdən istifadə edib. Məlumata görə, PUA-ların yarıdan çoxu reaktiv mühərriklə təchiz olunub.

Hücumun əsas istiqamətləri Kiyev, Zaporojye və Odessa vilayətləri olub.

İlkin məlumatlara görə, saat 08:00-a olan məlumata əsasən, Ukraynanın hava hücumundan müdafiə qüvvələri 131 hədəfi məhv edib və ya zərərsizləşdirib. Onların arasında 7 ədəd “Bandеrol”/“Dan-T” raketi və “Shahed”, “Gerber” və digər tipli 124 PUA var.

“Düşmənin raket və hücum PUA-larının 36 nöqtədə hədəflərə dəydiyi, həmçinin vurulan vasitələrin qalıqlarının 5 nöqtəyə düşdüyü qeydə alınıb”, – məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO