İranda yüksək rütbəli din xadimi hicabsız qadınlara qarşı çağırış etdi - FOTO

İranda yüksək rütbəli din xadimi hicabsız qadınlara qarşı çağırış etdi - FOTO

Hazırda oxunan: İranda yüksək rütbəli din xadimi hicabsız qadınlara qarşı çağırış etdi - FOTO

637076

İranın yüksək rütbəli din xadimlərindən biri məcburi hicab qaydalarına əməl etməyərək ictimai yerlərdə başıaçıq görünən qadınlara qarşı xalqı, din alimlərini və dövlət qurumlarını tədbir görməyə çağırıb.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bunu İslam Seminariyalarının Ali Şurasının üzvü Mahmud Rəcəbi deyib.

“Xalq, din xadimləri və hakimiyyət orqanları birlikdə hicabsızlığa qarşı mübarizəyə qoşulmalıdır", - o bildirib.

Rəcəbi həmçinin hicabla bağlı “sosial anormallıq” hallarına qarşı tədbirlər görülməsini, eyni zamanda hicabın taxılmasının təbliği və cəmiyyətdə möhkəmləndirilməsi istiqamətində mədəni fəaliyyətlərin artırılmasını istəyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO