Azərbaycan Demokrat Partiyasının (ADP) sədri S.Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədov bu gün Fizuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. ADP İdarə Heyəti R.Məmmədovun həlak olması ilə bağlı Sərdar bəyə və şəhidin doğmalarına dərin hüznlə başsağlığı ünvanlayıb. Başsağlığında deyilir:
“Hörmətli Sərdar bəy!
Böyük qardaşınız Əbdül bəyin oğlu Rasimin olüm xəbəri bizi hədsiz dərəcədə sarsıtdı və ürəyimizdə dərin yaralar açdı. xa0Başda siz olmaqla, Cəlaloğlular nəslinin hər birinin keçdiyi şərəfli yol, haqq işi uğrunda apardığı mübarizə, istiqlal savaşına verdiyi töhfələr, dövlətimizin, millətimizin tərəqqisi üçün göstərdiyiniz səylər, rus-bolşevik imperializminə qarşı başladılan xalq hərəkatının önündə getməyiniz, hər birinizin düçar olduğu məşəqqətli zindan həyatı bütün Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.
Qardaşınız Əbdül bəy hələ 25 il öncə Naxçıvanın müdafiəsində böyük qəhrəmanlıqlar göstərmiş, düşmən mühasirəsinə düşən əsgərlərini xilas etmək üçün sinəsini sipər edərək ermənilərlə üzbəüz döyüşlərə atılmış və aldığı sağalmaz yaralar sonucu birinci qrup əlil olmuşdur. Məhz Qarabağ qazisi ata Əbdülün vətən yolunda candan keçməyə hazır olduğunun şərəfli örnəyidir ki, bu gün qanını, ruhunu özündə yaşadan oğlu Rasim 25 ildən sonra öz atasının yolunu gedərək, göz qırpmadan, tərəddüd etmədən düşmənlə üz-üzə döyüşlərdə qəhrəmancasına həlak olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir.
ADP İdarə Heyəti bütün partiyadaşları adından Sizə, qardaşınız Əbdül bəyə və bütün doğmalarınıza dərin hüznlə başsağlığı verir, acllarınızı bölüşür, bu ağır günlərdə sizinlə çiyin-çiyinə olduğumuzu bildirir və şəhidlik zirvəsinə yüksələn, əsgərini göz bəbəyi kimi sevən, şərəfli zabit adını dastanlara yazdıran Rasim Məmmədova Allahdan rəhmət diləyirik!”x9d.






































































































