Təhlükəsizlik eksperti, MTN-nin keçmiş zabiti, ehtiyyatda olan polkovnik İlham İsmayıl Moderator.az - a açıqlamasında qeyd edir ki, prezidentin MTN - lə bağlı son fərmanı cəmiyyətdə və bəzi ekspertlər tərəfindən düzgün anlaşılmayıb:
"Azərbaycan Prezidentinin MTN barəsində məlum Fərmanından sonra bəzi şərhçilərin və mətbuat nümayəndələrinin "MTN ləğv olundu" başlıqları cəmiyyətdə o fikir yaratmamalıdır ki, ölkənin təhlükəsizlik strukturu ləğv olunub. Başqa ölkələrin deyil, tərkibində olduğumuz SSRİ-dən nümunə deyək: ÇK - dan xa0KQB - dək ad 11 dəfə dəyişib ( cəmi 38 il ərzində) Birləşmələr, ayrılmalar bir xeyli olub. Bu o demək olmayıb ki, Sovet hakimiyyətinin kəşfiyyat və əks kəşfiyyat sistemləri 11 dəfə pozulub yenidən yaradılıb. Xeyr. Adlar dəyişib, zamana uyğun fəaliyyət istiqamətinin prioritetləri dəyişib, amma kəşfiyyat da, əks kəşfiyyat da elə mövcud bazaların əsasında davam edib. İndi də 24 ildən sonra DTK bazasında yaranmış MTN-in adı dəyişib DTX oldu, indiyədək bir strukturda olan Kəşfiyyat İdarəsi isə müstəqil qurum kimi fəaliyyətə başlayacaq. Bu adi məntiqi yazmağa səbəb bəzi yanaşmaların yanlış olduğunu və xa0cəmiyyəti də çaşqın duruma sala bilmək ehtimalıdır. MTN ləğv olunmayıb, adı dəyişib və tərkibindəki Kəşfiyyat İdarəsi müstəqil qurum kimi fəaliyyət göstərəcək. Bəşər yaranandan casusluq dünyanın ikinci qədim peşəsi sayılır. Bu peşə inkişaf yolu keçərək müasir dünyada istənilən dövlətin ən vacib strukturu olub. Mahiyyət isə ilk gündən nədirsə, odur: -informasiya əldə etmək, həm də zamanında. Eldar Mahmudov(lar) keçicidir və Azərbaycan təhlükəsizlik qüvvələrinin xa0keçmişini, bu gününü, gələcəyini təyin etmir. Stalin öləndə təkcə 1953-1954 cü illərdə SSRİ Təhlükəsizlik sistemindən 52 faiz ixtisarlar oldu. Dövlət Xruşşov "valyuntarizminn" ağır nəticələrini sonralar çətinliklə bərpa etdi - saya görə yox, peşəkarlığa və qarşıya qoyulan fəaliyyət istiqamətinə görə. İndi də "MTN bir monstr idi, yaxşı ki, ləğv oldu" deyənlərə bir daha demək istəyirəm ki, Eldar Mahmudov və onun dəstəsi monstr ola bilmişdi, amma təhlükəsizlik sistemi uzun bir yol keçib, bir məktəb var, onu tam sıradan çıxara bilməzdi. Adlar, nazirlər gəldi - gedərdi, fəaliyyət istiqaməti, qarşıda duran vəzifələr düzgün qoyulduğu halda onu peşəkarcasına həyata keçirən kadrlar var (az qalsa da),yetişəcək də... xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Kəşfiyyatın müstəqil qurum kimi fəaliyyət göstərməsi təklifini bir neçə il əvvəl mətbuatda demişdik. Yaşadığımız coğrafiyamız, geopolitik durum bu qurumun müstəqilliyini gündəmə gətirməklə peşəkar kadrların yetişməsinə də səbəb olacağını vurğulamışdıq. Amma, bir ay bundan əvvəl xa0bu barədə soruşanda bildirmişdim ki, MTN - dəki burulğan bitdikdən sonra bu məsələ gündəmə gələ bilər. Düzü bu tezliklə gözləmirdim. Amma, bir daha qeyd etmək istəyirəm ki, MTN ləğv olunmayıb, adı dəyişib, zatən Prezident Fərmanında da dəqiq göstərilib: "MTN -in bazası əsasında"..."






































































































