"İran rəsmisinin açıqlaması bir demarşdır və hökmən cavablandırılmalıdır”x9d

Hazırda oxunan: "İran rəsmisinin açıqlaması bir demarşdır və hökmən cavablandırılmalıdır”x9d

110181

İran İslam Respublikasının ali dini lideri Xameneyinin rəsmi nümayəndəsi ayətullah Müctəhid Şəbüstəri Nardaran olayları ilə bağlı maraqlı bəyanat səsləndirib. Rəsmi Bakını Nardarandakı “repressiyaları”x9d dayandırmağa səsləyən M.Şəbüstəri, əks təqdirdə İranın Azərbaycanla münasibətlərə yenidən baxacağını bildirib.

Maraqlıdır, İranın aili dini liderinin nümayəndəsinin bu açıqlaması bu dövlətin Azərbaycanın daxili işlərinə qarışması kimi dəyərləndirmək olarmı? Rəsmi Bakı məlum açıqlama ilə bağlı öz etirazını hansısa formada ortaya qoymalıdırmı?

Məsələ ilə bağl Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev bu açıqlamanı İranın Azərbaycanın daxili işinə qarışması kimi dəyərləndirdi:

“Doğrusu, həmin açıqlama ilə tanış deyiləm. Lakin belə bir açıqlama həqiqətən də olubsa, bu, təbii ki, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu, diplomatik etika və nəzakət qaydalarının pozaulması deməkdir. Təbii ki, məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi olmalıdır. Ən azından Azərbaycanın XİN-i tərəfindən belə bri mövqe sərgilənməlidir. Bu açıqlamanın cavabı verilməlidir.

Nardaran Azərbaycanın bir hissəsidir. Orada Azərbaycan qanunlarının işləməsi, bunun təmin edilməsi ölkəmizin daxili işidir. Hesab edirəm ki, İran tərəfi haqqı pozulan 30 milyon türkün pozulan haqları haqqında danışsa, daha məqsədəuyğun olar.

Əslində bir müddət öncə Azərbaycan hökumətinin İran televiziyalarında türklərin təhqir edilməsi fonunda susqunluq sərgiləməsi bu gün İranın Azərbaycanın üzərinə gəlməsinə gətirib çıxardır. Həmin vaxt ictimai mövqe ilə yanaşı, rəsmi mövqeyin də ortaya qoyulması gərəkli idi. Hesab edirəm ki, bu, diplomatik bir demarşdır və bunun cavabı verilməlidir”x9d.

Ə.Əliyevin sözlərinə görə, son vaxtlar Azərbaycan-Türkiyə arasında müşahidə edilən yüksək həmrəylik türk düşmənlərində ciddi narahatlğa səbəb olub:

“Mən baş verən bu olayları gərginləşən Yaxın Şərq hadisələri fonunda təsdüfi saymıram. Həm Nardaran olayları, həm də verilən bu bəyanat Azərbaycan-Türkiyə münasibətlərindən narahat olan, bizi dövlət olaraq qəbul etməyən qüvvələrin addımlarından irəli gəlir. Azərbaycan tərəfi ehtiyatllığı gözləməklə, öz strateji məqsədləri çərçivəsində bu cür addımlarla bağlı birmənalı reaksiya nümayiş etdirməlidir”x9d.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO