“Şantaj yolu ilə kimisə əməkdaşlığa cəlb etmək MTN-nin iş metodu deyil”x9d

“Şantaj yolu ilə kimisə əməkdaşlığa cəlb etmək MTN-nin iş metodu deyil”x9d

Hazırda oxunan: “Şantaj yolu ilə kimisə əməkdaşlığa cəlb etmək MTN-nin iş metodu deyil”x9d

108451

Bu günlərdə “MTN işi”x9d ilə bağlı yayıaln məlumatlardan biri də bəzi MTN əməkdaşlarının müəyyənxa0 bar, restoran, masaj salonlarına gizli kameralara qoyaraq polis əməkdaşları, eləcə də jurnalistləri gizli çəkilişlər əsasında şantaj edib, onların bu yolla “verbovka”x9dsına nail olması ilə bağlıdır. .

Maraqlıdır, hər hansı bir şəxsin gizli çəkiliş və ya şantaj yolu ilə “verbovka”x9d olunması qəbulediləndirmi? Bu, MTN-nin iş metoduna, fəaliyyət ruhuna nə dərəcədə yaxındır? MTN tərəfindən məcburi surətdə əməkdaşlığa cəlb edilən şəxslərlə bağlı hər hansı araşdırma aparmağa ehtiyac varmı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, bu kimi halların yolverilməz olduğunu, eləcə də bu qəbildən olan informasiyaların həqiqiliyinin yoxlanılması gərəkdiyini vurğuladı:

“Kiminsə şantaj edilərək, hansısa çəkiliş əsasında əməkdaşlığa cəlb edilməsi xüsusi xidmət orqanının, MTN-nin iş metodu deyil. Hansısa barda, masaj salonunda kimisə çəkmək və daha sonra bunun əsasında onu “verbovka”x9d eləmək onun iş prinsipi ilə bir araya sığmır. Bu, MTN-nin iş metodu deyil və sayıla da bilməz. Əgər bu deyilənlər doğrudursa, o zaman bu yolla əldə edilən məxfi əməkdaş, informator sona qədər həqiqətin yanında olmayacaq. O, yalandan danışacaq, yanlış informasiya təqdim edəcək və s. Bu cür əməkdaş onların nəyinə lazım olub? Mən bu metodu düzgün hesab eləmirəm. Düzü, bu informasiyaların dəqiqliyinə inanmıram.

Bu gün MTN-nin əsas vəzifəsi barda, restoranda kimlərisə verbovka eləmək yox, ölkəni terror təhlükəsizndən qorumaqdır. Əsas istiqamət budur, buna yönəlməlidir. Nazirliyin özündə kadr məsələləri qaydasına qoyulmalıdır. Bu istiqaətdə iş aparmaq lazımdır və bildiyim qədəri ilə gedir də. Əgər bu deyilənlər doğrudursa, o zaman bu informasiyalar MTN kimi böyük bir nazirliyin növbəti dəfə gözdən salınmasına gətirib çıxardacaq”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO