Eldar Mahmudov əsgəri çağırışdan neçə qazanıb?

Eldar Mahmudov əsgəri çağırışdan neçə qazanıb?

Hazırda oxunan: Eldar Mahmudov əsgəri çağırışdan neçə qazanıb?

102214

Bu günlərdə Moderator.az- a sabiq MTN rəhbəri Eldar Mahmudovla bağlı maraqlı informasiya daxil olub. E.Mahmudovun əsgəri çağırışdan uzun illər ərzində külli miqdarda gəlir əldə etdiyini vurğulayan mənbə, MTN-də əsgəri çağırışa cəlb edilən şəxslərin hər birindən bunun müqabilində on min manatlarla vəsaitin alındığını bildirib. Mənbənin sözlərinə görə, MTN-də əsgərlik xidmət yerinə görə üç cür təsnifatlanıb:

xa0“Əsgəri çağırış uzun illər ərzində sabiq nazir Eldar Mahmudovun əsas gəlir mənbələrindən birini təşkil edib. Belə ki, MTN-də xidmət etmək istəyən şəxslərdən külli miqdarda vəsait alınıb ki, bu vəsait toplam on milyonlarla manat dəyərindədir.

MTN-də xidmət etmək istəyən şəxslərə nazirliyin əlaqədar əməkdaşları üç cür “menyü”x9d təklif ediblər ki, menyüdəki qiymətlər xidmət yeri və rahatlıq amilinə görə müəyyənləşirilib. Belə ki, MTN-nin “N”x9d saylı hərbi hissəsində xidmət etmək istəyənlərə bunun üçün 25 min manat ödəmək təklif olunub. Çağırış yaşına çatan şəxslərə bildirilib ki, onlar əsgəri xidmətlərini bu hərbi hissədə, eləcə də Badamdardakı MTN-ə məxsus hospitalında keçəcəklər. Menyüdə yer alan ikinci xidməti yer nazirliyin əsas binası və MTN-nin Mədəniyyət Mərkəzi olub ki, əsgəri xidmətini bu obyektlərdə çəkmək istəyənlərdən 50 min manat vəsait tələb olunub. Əsgəri xidmətini MTN-də keçmək istəyən, amma heç bir halda əsgəri forma geymə istəməyənlərdən isə 100 min manat tələb olunub ki, onlar xidmət müddəti ərzində bir dəfə də olsun xidmət yerlərinə gəlmir, başqa sözlə desək, əsgərliyi evlərində çəkirlər”x9d.

Mənbənin sözlərinə görə, MTN spesifik qurum olduğundan orda əsgəri xidmətə cəlb edilən şəxslərin seçilməsi də MTN-nin özünə həvalə edildiyi üçün pul verən çağırışçıların bu quruma salınmasında heç bir problem olmayıb. Yəni MTN-də xidmətə cəlb edilən şəxslərin seçilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin heç bir bir rolu olmayıb.

Mənbə hesab edir ki, MTN-də əsgəri xidmətə cəlb edilən şəxslərlə bağlı məsələnin araşdırılması bu sahədə daha ciddi problem və qanun pozuntularının aşkarlanmasına səbəb ola bilər ki, bu da qanunun tələblərinə ehtiva etməyən şəxslərin cəzalandırılması, qanunun aliliyinin təmin edilməsi baxımıdan zəruridir.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO