Formula 1 Azərbaycan Qran Prisini buradan izləmək istəyənlər 10 min manat ödəyəcək

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran Prisini buradan izləmək istəyənlər 10 min manat ödəyəcək

129915

28-30 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə bilet satışları davam edir.

Bizim.Media xəbər verir ki, Qran Pri üçün ən ucuz bilet 40 AZN, ən bahalı bilet isə 870 AZN təşkil edilir. 40 AZN olan biletlər ayaqüstü zonada təklif edilir, lakin bu qiymətə olan biletlər artıq satılıb. Ayaqüstü zonada yalnız 80 AZN olan biletlər satışda mövcuddur.

Abşeron tribunasının B seksiyası, Filarmoniya tribunası, Sahil tribunası və Bulvar tribunasına biletlər tam satılıb.

Muğam, Abşeron, Azneft, Xəzər, İçərişəhər tribunalarında isə çox az biletlər qalıb.

Tribunalardan əlavə "Paddok Klub"da da bilet satışı həyata keçirilir. Yarışı "Paddok klub"dan izləmək istəyənlər biletə 10030 AZN ödəməlidirlər.
Formula 1 Azərbaycan Qran Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO