Tanınmış politoloq, ermənişünasş alim Qafar Çaxmaqlı İranın xarici işlər nazirinin Moskvaya səfəri çərçivəsində səsləndiridiyi bəyanatı Moderator.az-a şərh edib:

"İranın XİN rəhbəri Abdulahiyan Moskvaya səfər edib və Rusiyalı həmkarı Lavrov ilə görüşdə yenə Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin yolverilməz və İranın “qırmızı xətti” olduğunu təkrarlayıb. İranın bu “narahatlığının” nədən qaynaqlandığını Azərbaycan yaxşı bilir. Bu siyasətin nə demək olduğunu təbii ki, Rusiyada da anlayırlar. Amma Rusiya indiki halda İranla tərəfdaşlıq münasibətləri qurmaqda maraqlı olduğundan İranın bu tələbinə heç nə demir, əksinə, İranın bu “həssaslığını” anladığını və daha geniş anlamda siyasi həmlə etmək üçün İrana 3+3 formatı ilə hərəkət etməyi təklif edir. Bu format uğur qazanarsa Rusiyanın Qərbin Cənubi Qafqaza daxil olaraq onu burdan sıxışdırıb çıxarmaq planı baş tutmaya bilər. İran bu formata olumlu baxır, çünki onun da eyni qayğısı var. Türkiyənin də mövqeyi bəllidir. İdeyanın müəllifi kimi Türkiyə bu işə çox böyük dəstək verəcəyi açıqdır. Təbii ki, Türkiyənın yer aldığı bir əməkdaşlıq prosesinə Azərbaycan da daxil olacaq. Gürcüstan buna qarşı olsa da coğrafi konumu etibarı ilə böyük çoxluq qarşısında fərqli mövqe ortaya qoya bilməz. Ermənistana gəlincə, yenə Ermənistana müəyyən basqılar etmək lazım gələcək. Çünki Ermənistan apardığı siyasətlə bu formatın baş tutmamasına çalışır və daha çox Qərbin və ABŞ-ın maraqlarını reallaşdırmaq istiqamətində addımlar atır. Avropa Birliyinin müşahidəçilərini ölkəsinə gətirdən Paşinyan bu formatın aktuallaşması halında diplomatik iflas durumuna düşəcək. Artıq bunu dilə gətirən siyasətçilər də var. Aİ müşahidə missiyasının mənasızlığını qeyd etməkdədirlər. Bu müşahidə missiyasını əslində hansı işi görəcəyi də məlum deyil, bir erməni politoloqa görə, onların buraya nədən gəldiklərini və nə edəcəklərini heç özləri də bilmirlər... Belə getsə, Aİ öz missiyasını geri çəkəcək.
3+3 formatının yenidən gündəmə gətirilməsi Rusiyanın Qərbi bölgəyə buraxmamaq planını həyata keçirmək üçün yeni fürsət kimi baxılır. Onun həyata keçirilmə mexanizmləri hələ hazır olmadığından sürəcin hansı şəkildə işləyəcəyi məlum deyil. Amma İranın da buna gedəyi XİN rəhbərinin Moskva səfərində işarələr vurulmuşdur. Çünki İranın da ən azından Rusiya qədər Qərbin bölgədə fəllaşmasının qarşısını almaq kimi bir qayğsı var".






































































































