"Əhsən ukraynalılara, amma Rusiya qalib gələcək" - Orbandan Putinpərəst açıqlama...

Hazırda oxunan: "Əhsən ukraynalılara, amma Rusiya qalib gələcək" - Orbandan Putinpərəst açıqlama...

590722
"Putin bu müharibədə uduza bilməz, qarşıdakı prezident seçkilərinə məğlub lider kimi gedə bilməz..."
 
"Kremlin məqsədi Ukraynanı idarə edilməsi mümkün olmayan xarabalığa çevirməkdir..."
 
"Ukrayna müasir Əfqanıstandır, sahibsiz torpaqdır..."
 
"Rusiya anons edilən hücumda uğur qazanarsa, NATO Ukraynaya döyüşməyə qoşunlar göndərmək barəsində düşünməli olacaq..."
 
"Qərb ölkələri Rusiya ilə müharibə vəziyyətindədir və son dərəcə təhlükəli oyun oynayır..."
 
"Rusiya çox vaxt müharibələri uğursuz başlayır, lakin sonradan vəziyyəti düzəldir və bundan sonra rusları dayandırmaq çətin olur..."
 
Macarıstanın baş naziri Viktor Orban növbəti dəfə Ukraynada müharibə haqqında danışıb.
 
Moderator.az xəbər verir ki, o, bu barədə 15 mühafizəkar yönümlü jurnalist nəşrləri ilə görüşündə bəyan edib. Məlumatı "Yevropeyskaya pravda" nəşri yayıb.
 
Jurnalistlər Orbanı hərbi əməliyyatların lap əvvəlindən atəşin dayandırılmasına və dinc nizamlanmaya çağırış edən azsaylı siyasətçilərindən biri adlandırıb. Lakin Budapeşt siyasətçisi bunu ona görə etməyib ki, "Putinə yaltaqlanır", ona görə ki, o, Avropanın və Mavarıstanın taleyi üçün narahatdır.
 
Orbanın sözlərinə görə, Qərb əsas məsələni anlamır: Putin bu müharibədə uduzmağı özünə rəva bilməz. Bir ildən sonra o, Rusiyada prezident seçkilərində iştirak etməlidir, bu seçkilərə müharibəni uduzan lider kimi gedə bilməz, bunu heç vəchlə edə bilməz. Orban həmçinin əlavə edib ki, Kreml heç vaxt Ukrayna ərazisində NATO-nun iştirakına razı olmayacaq.
 
Digər tərəfdən, Macarıstan lideri anlayır ki, "Rusiyanın Ukraynanı fəth edib orada özünə dostcasına rejim yaratmaq zamanı çoxdan keçib". Bu, prinsipcə, uğurlu blitskriq zamanı mümkün idi. "Hazırda bu barədə söhbət gedə bilməz", - Orban əlavə edib.
 
Ona görə də, onun fikrincə, Kremlin məqsədi Ukraynanı "idarə edilməsi mümkün olmayan xarabalığa çevirməkdir". Belə olan halda Qərb Ukraynaya mükafat kimi iddia edə bilməyəcək.
 
Orban hesab edir ki, Kreml qarşısına qoyduğu vəzifənin öhdəsindən uğurla gəlir. Macarıstanın baş naziri əlavə edib ki, "Ukrayna müasir Əfqanıstandır, sahibsiz torpaqdır ("No Man's Land"). Birinci dünya savaşı illərində iki qarşı-qarşıya duran tərəflərin səngərləri arasında yerləşən məkan belə adlanıb.
 
Orbanın fikrincə, zaman Kreml liderinin tərəfindədir və Qərb bunu anlamalıdır. "Rusiya nəhəng ölkədir, o, nəhəng ordu səfərbər edə bilər. Ukraynada insani resursalar tükənmək üzrədir. Onlar tam tükənəndən sonra nə olacaq?" - Budapeşt siyasətçısı sual edib.
 
Əgər Rusiya ordusunun anons edilən hücumu uğurlu olarsa, NATO ölkələri qarşısında sual meydana çıxacaq: Ukraynaya döyüşməyə qoşunlar göndərəkmi? Bu gün bu, ağılsızlıq kimi səslənir, amma bunu inkar etmək olmaz.
 
Yeri gəlmişkən, Macarıstanın baş naziri hesab edir ki, Qərb ölkələri artıq Rusiya ilə müharibə vəziyyətindədir. "Bu gerçəklikdir və hər gün biz daha da irəliyə gedirik. Qərb düşünə bilər ki, Rusiya ilə döyüşmür. Lakin get-gedə daha çox silah göndərməklə və faktiki olaraq hərbi müdaxiləyə yaxınlaşmaqla, Qərb liderləri özləri ilə, Rusiya ilə və öz ictimaiyyətləri ilə son dərəcə təhlükəli oyun oynayır.
 
Orban Moskvanın nüvə silahı tətbiq etməsini də istisna etmir. Lakin bunun "Varşava və Berlin üzərində nüvə buludu" deyil, taktiki nüvə silahı olacağını deyib. Əgər Ukrayna NATO silahlarından istifadə edərək Rusiyanın sərhədlərini keçərsə, "o zaman dünyanın gələcəyi o qədər parlaq olacaq ki, Qərb Günəş eynəyi taxmağa məcbur olacaq".
 
Jurnalistlərdən biri qeyd edib ki, Rusiyanın döyüş meydanında hələlik problemləri var. Orban bununla razılaşıb, amma əlavə edib ki, Rusiya müharibələri çox vaxt uğursuz başlayır, lakin sonradan vəziyyəti düzəldir və bundan sonra "rusları dayandırmaq çətin olur". Onun fikrinə görə, bu dəfə də belə olacaq.
 
Orban Rusiya ilə Ukraynanı barışdıra biləcək şəxs barəsində öz fikrini bölüşüb. O, vasitəçi kimi İsrailin baş naziri Netanyahunu görür. O, müdaxilə etməlidir ki, Tehranla Moskvanın formalaşan hərbi ittifaqını dayandırsın. 
 
Jurnalistlərdən biri macar liderindən Rusiyada dövlət çevrilişinin və Putinin hakimiyyətdən kənarlaşdırılacağının mümkünlüyü barədə fikrini bölüşməyi xahiş edib. Orban deyib ki, bu, heç nəyi dəyişməyəcək. Çünki Kremldə bütün iddiaçılar indiki prezidentdən də davakar mövqedədir.
 
Macarıstanın baş naziri etiraf edib ki, Ukrayna hazırkı məqamda görkəmli uğurlar əldə edib. Lakin uzunmüddətli perspektivdə Qərb ölkələri düzgün tərəfi seçməyib. Orbanın fikrincə, Rusiya öz gücünə əsaslanaraq qalib gələcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO