"Dul qadın donqarlığı" sindromu - Kimlərdə olur?

Hazırda oxunan: "Dul qadın donqarlığı" sindromu - Kimlərdə olur?

78184

"Dul qadın donqarlığı" sindromu - qadınlarda menopauza dövründə yeddinci boyun fəqərəsi ətrafına piy toxumasının yığılması ilə xarakterizə olunur. Bu patologiya 45-50 yaşlı qadınlar arasında rast gəlinir.

Bizim.Media xəbər verir ki, bu patologiya hətta ideal bədən quruluşuna sahib olan qadınlarda belə hormonal dəyişiklik fonunda və ya digər faktorlarla əlaqədar olaraq yarana bilər.

Qadınlarda klimakterik yaş dövrünün ilk 2 ilində qanda estrogenlərin miqdarı artır, daha sonrakı dövrdə onların reproduktivliyi azalmağa doğru gedir. Estrogenlərin azaldığı yaşananda qanda testosteroidlərin miqdarı dəyişilməz qalır ki, bu da nisbi olaraq qanda onların miqdarını artırır.

Bu səbəbdən də piylənmə kişi tipli olur, piy toxuması onurğanın 7-ci boyun fəqərəsi səviyyəsində, əllər və qarın nahiyyəsinə cəmlənir.

Boyunun arxasında yaranan donqarlığı hətta paltarla belə gizlətmək olmur. "Dul qadın donqarlığı" sindromu zahiri görünüşdə yaranmış defektlə yanaşı qamət pozğunluğu, səhhətdə yaranan müxtəlif problemlərlə də özünü büruzə verir.

Boyun nahiyyəsinə toplanan piy toxuması boyun fəqərələrnin yanı boyu keçən arteriyaları sıxır.

Bu damarlar baş beyini qanla təmin edir, ona görə də onların kompressiyası baş ağrıları, ürəkbulanma, təzyiqin tez tez dəyişməsi və baş gicəllənmə kimi hallara yol açır. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO