COP29 digər COP-lardan yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir - Manjeev Sinq Puri

COP29 digər COP-lardan yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir - Manjeev Sinq Puri

Hazırda oxunan: COP29 digər COP-lardan yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir - Manjeev Sinq Puri
220626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

COP29-dan çox şey, daha çox qəbul edilən qaydalara əməl olunmasını gözləyirəm. Mən maliyyənin kəskin artırılmasını istəyirəm. COP29-da çox sərt qərarlar qəbul edilməlidir.

Bizim.Media xəbər verir ki, bu sözləri COP29 çərçivəsində jurnalistlərə açıqlaması zamanı Qlobal Cənubda enerji resursları və ətraf mühit sahəsində ən böyük beyin mərkəzlərindən biri olan Enerji və Resurslar İnstitutu Nəzəriyyəsini təmsil edən Manjeev Sinq Puri deyib.

O, stadiondakı tənzimləmələrin mükəmməl olduğunu vurğulayıb.
 

“Mən uzun illərdir ki, COP-larda oluram. Sözün düzü, COP29 digərlərindən yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir. Buradakı tənzimləmələr danışıqlar üçün çox əlverişlidir. Nümayəndələr və digər maraqlı tərəflər asanlıqla iştirak edə bilərlər. Siz artıq kifayət qədər diplomatik təcrübəyə, dünyanı və baş verənləri anlamaq qabiliyyətinə malik bir ölkəsiniz. Hökumətinizə və hamınıza təşəkkür edirəm. Bakıda, istər hava limanında, istər oteldə, istər burada bizə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Şübhəm yoxdur ki, Azərbaycanın sədrliyi ilə keçirilən Zirvə görüşü çox yaxşı bir həllə imza atacaq”, - deyə Manjeev Sinq Puri vurğulayıb.


O əlavə edib ki, COP29 iqlim və insan hüquqları üçün çox yaxşı nəticə olacaq: “İqlim dəyişikliyinə uyğunlaşma prosesində beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyinin əhəmiyyətini nəzərə alaraq çox maraqlı müzakirələr oldu. Mən inanıram ki, ölkələrimiz bu mübarizədə əlindən gələni edirlər. Əlbəttə ki, bizim beynəlxalq əməkdaşlığa ehtiyacımız var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO