Estrada-simfonik orkestri COP29-a həsr olunan konsert təqdim edib - FOTO

Estrada-simfonik orkestri COP29-a həsr olunan konsert təqdim edib - FOTO

Hazırda oxunan: Estrada-simfonik orkestri COP29-a həsr olunan konsert təqdim edib - FOTO
220433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin Bakıda keçirilən COP29-a həsr olunan konserti keçirilib.

Bizim.Media xəbər verir ki, konsertdə səsləndirilən parlaq estrada nümunələri, teatrın solistləri İlhamə Qasımova, Taleh Yahyayev, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mədinə Kazımovanın ifaları tamaşaçılara unudulmaz anlar bəxş edib. Orkestrin səs zənginliyindən həzz alan qonaqlar həm klassik əsərləri, həm də müasir aranjimanları özündə birləşdirən bir proqram dinləyiblər.
 

Gecədə estrada janrının enerjisi ilə tamaşaçıların xoş münasibəti ahəngdar, cəlbedici aura yaradıb.


Konsert proqramını yerli musiqisevərlərlə yanaşı, şəhərimizin qonağı olan turistlər də maraqla izləyiblər.

Orkestrin bədii rəhbəri Xalq artisti Salman Qəmbərov, dirijoru Əməkdar incəsənət xadimi Vasif Axundov və Elbəy Məmmədzadədir.

Estrada-simfonik orkestri COP29-a həsr olunan konsert təqdim edib - FOTO - foto 1
Estrada-simfonik orkestri COP29-a həsr olunan konsert təqdim edib - FOTO - foto 2
Estrada-simfonik orkestri COP29-a həsr olunan konsert təqdim edib - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO