“Böyük ədəbiyyat yalnız böyük mənəvi dəyərlərin mövcud olduğu ortamlarda yaranır. Bunun xaricində böyük ədəbiyyatın yaranması mümkün deyil”.
Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış yazıçı Əkrəm Əylisli bildirib. Onunxa0 sözlərinə görə, mənəviyyat hər zaman ədəbiyyat üçün başlıca situmul rolunu oynayıb:
“Ədəbiyyata qida verən mənəviyyatdır. Bu səbəbdən də cəmiyyətdə mənəviyyat korlananda, mənəvi dəyərlər gözdən düşəndə, öz mənasını itirəndə böyük ədəbiyyat yaranmır. O cəmiyyətlərdəki mənəvi dəyərlər sıradan çıxıb, orada böyük ədəbiyyat nümunələrinə rast gəlmək xa0mümkün deyil. Yüksək mənəvi dəyərlərin var olmadığı ortamda böyük ədəbiyyat nümunəsi axtarmaq mənasızdır”.
xa0
Seymur Əliyev







































































































