Əgər sən döyünsən, can çıxa bilməz, sən məni yıxmasan, el yıxa bilməz...

Əgər sən döyünsən, can çıxa bilməz, sən məni yıxmasan, el yıxa bilməz...

Hazırda oxunan: Əgər sən döyünsən, can çıxa bilməz, sən məni yıxmasan, el yıxa bilməz...

123882
 Cəmiyyətdə Şair- bəstəkar kimi tanınan Hüseyn Sözlü 9 şeir-qəzəl kitabının və 150-dən çox, müxtəlif janırlı manıların müəllifidir. Ömrünün 50 ildən çoxunu dənizə və dənizçilik sahəsinə həsr edib və müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən Azərbaycan, 2015-ci ildən İraq Türkmən yazarlar birliyinin üzvüdür.

Hər ikimizə yaxın olan bir həmkarımızın təşkil etdiyi məclisində görüşdük onunla. Adını eşidib, imzasını tanısam da özünü ilk dəfə idi ki, görürdüm. Qələm adamlarının çoxluq təşkil etdiyi bu məclisdə təbii ki, şersiz ötüşmək olmazdı.                                                                                                                      
Hər kəs kimi mən də öz şeirlərimdən birini oxudum. Hüseyn müəllimin şerimə diqqətlə qulaq asdığını gördüm. Sonda gözəl mahnı mətnidir deyərək gələcəkdə bu sözlərə mahnı bəstələyəcəyinə söz verdi. Bu arada özünün yenicə bəstələdiyi mahnısını bizim üçün səsləndirdi. Mahnı sona çatanda onun yaradıcılığından söz düşdü və məlum oldu ki, Hüseyn Sözlü özünün və başqa yazarların sözlərinə, müxtəlif janrlarda, 150-dən cox mahnı bəstələmişdir. Mən elə orada bildim ki, uzun illər toylarımızın bəzəyinə çevrilən, xalq mahnısı kimi tanınan, “Gülüm gül”x9d mahnısının sözü və musiqisi Hüseyn müəllimə aitdir. Məclis sona yetdi, hamı kimi onunla sağollaşıb ayrıldıq. Bir müddət görüşmədik. Ancaq, günlərin birində zəng edib məndən məclisdə oxuduğum seri istədi. Mən də ”x9dƏzəlki kimi”x9d şerimi ona göndərdim və şerin nə vaxt mahnı kimi səslnəcəyini gözləməyə başladım. Bir müddətdən sonra mahnı hazır oldu, redaksiyada görüşdük və bir saata kimi həmsöhbət olduq. Onu məhz bu günü yaxından tanıdım. Xeyli söhbətdən sonra sosial şəbəkəyə,“YouTube”x9d müraciət etdik, burada onun mahılarına, sözünü demiş  və gənc müğənnilərin ifasında, qulaq asdıq. Burada Sabir Əliyev, Qədir Qızılsəs, Səyyad Əlizadə, Elxan Şirinov, Nizami Abdullayev, Manaf Ağayev, Meydan Əsgərov, Təranə Vəlizadə, Əlikrəm Bayrabov, Təranə Əlixanlı, və yenilərdən Hüsniyyə İsmayıllı, Teymur Əziz və sairələtinə qulaq asdıq.  Mənim sözlərimə yazdığı manını, “Əzəlki kimi”x9d-ni mənə buraxıb sağollaşaraq çıxıb getdi.
  
Hüseyn müəllimi yola saldıqdan sonra, qeyri-ixtiyari bu yazını yazmaq keçdi ürəyimdən. Şeirlərini təhlil etmək fikrində deyiləm, şeirlərindəki duyğuları ilə söhbətləşəcəm. 
Hüseyn Sözlünün təbirincə desəm, ilk öncə sevgi şairidir. Şeirlərində saf məhəbbət, ülvi eşq, təmənnasız bir duyğu cərəyan edir. Aralarında olan sirri ululaşdıraraq and içməyə qədər ucaldır və sevdiyinə  hisslərini belə ifadə edir:

Qurana and içim, pirə and içim,
Mənim o sevdiyim gözəl deyilsən.
Aramızda olan sirrə and içim,
Mənim o sevdiyim gözəl deyilsən.
Yoxdu lal baxışlar, utancaq gözlər,
Yoxdu pıçıltıyla deyilən sözlər,
Yoxdu utanaraq allanan üzlər
Mənim o sevdiyim gözəl deyilsən.
Davranış başqadı, sözün başqadı,
Yerişin, duruşun, izin başqadı,
Tellərin başqadı, düzüm başqadı
Mənim o sevdiyim gözəl deyilsən.
Gözaltı baxışın dəyişib tamam,
Oda salmağın var baxanda yaman,
Sanki dəyişdirib səni bu zaman
Mənim o sevdiyim gözəl deyilsən.
Sözlü vurulmuşdu sadəliyinə,
Gözəllik qatırdın hər bir gününə,
Bu misranı sən gətirdin dilimə
Mənim o sevdiyim gözəl deyilsən.

Şeirdə milli ruhu, sadəliyi, saf qadın obrazını sanki tutub saxlamaq istəyib. Zamanın nəbzini tutan, yeniliklə ayaqlaşan sevgi obrazına ürəyində qəzəb, dilində nifrət, gözlərində ayrılıq gətirib. Deməli, Şair öz sevgisini boyada, al-əlvan rəngdə sevmir. Onun sevgisi əbədi-əzəli ağ-qara doğulubmuş.

Ürəyi ilə söhbətləşməyi, dərdləşməyi çox sevir. Amma ürəyinin onu yarı yolda qoymaq istəyini də dilində izhar edir, üsyan edir hardasa:

Həmişə mən sənə arxalanmışam,
Mən yananda alışmısan,yanmısan,
Nə olub dəryatək çalxalanmısan?
Bu cür görməmişdim səni, ürəyim!

Asanda,çətində biz bir olmuşuq,
Birgə sevinmişik,birgə dolmuşuq,
Nədəndir bu günü çaşıb qalmışıq?
Yetişib sınağın dəmi, ürəyim!

Dayansan mənimçün son olar həyat,
Bu yolda köməklik etmir varidat,
Gümanım sənədir, möcüzə yarat,
Qoyma yarı yolda məni, ürəyim!

Əgər sən döyünsən, can çıxa bilməz,
Sən məni yıxmasan, el yıxa bilməz,
Kişinin gözündən yaş axa bilməz,
Çalış verməyəsən nəmi, ürəyim!

Həyatım dənizlər yolçusu olub,
Zaman-zaman qəlbim boşalıb, dolub,
Canım həkimlərin əlində qalıb,
Düşüb fəlakətə gəmi ürəyim!

Yarımçıq işlərtək qalma yarımçıq,
Sözlünü bəlaya salma yarımçıq,
Nə olar, canımı alma yarımçıq ,
Vədəsiz söndürmə şəmi, ürəyim!

Ürəyi ilə səmimi söhbət edir. Yəqin ki, ürəyinin şuluqluq edən vaxta düşüb bu misralar Şairin dilindən. Səmimi və haqlıdır. Yaşamaq istəyi ağrılarla döyüşür. Ürək dilləndirir, dil yalvartdırır, arzular böyüyür, şeirlər doğulur və ürək yeni həyata başlayır. Sevgi məhəbbətdən yaş umanlara umma deyir. İnsanın hər yaşında gənc olduğunu poetik üsulla belə ifadə edir:

Misra-misra səni saldım şerimə,
Günəş kimi sən nur oldun ömrümə, 
Nə biləydim sən bilmirsən sevgi nə
Sevgisiz sevgini yaşamaq olmur.
Gözlərimdən axıb qəlbə süzüldü,
Sözlərimdə düzüm-düzüm düzüldü,
Kinayəli baxdın, canım üzüldü
Sevgi-məhəbbətdən yaş ummaq olmur.
Sözlünün həyatın eylədin xəzəl,
Yazımı qış etdi o soyuq nəzər,
Yalanlarla kədər-qəm verən gözəl
Bu yalan sevgini daşımaq olmur.

Müəllifin ürəyi çox gəncdir, ruhu gəncliyi tərk etmir. Qıyqacı baxışlı gözəl isə onu anlamır deyəsən. Poeziyanı hamı dərk etmir axı. O, qanda, canda, ruhda oynamalıdır. Kinayəli baxış onu incitdir. Hüseyin Sözlünün şeirləri də özü kimi abır-həyalıdır. Etirafları da pünhandır. Mən onu indi oxuduğum zaman bir daha şahidi oldum. Şeirlərinin hər sətrində şairin prototipi var. Mərddir, qürurludur və özüdür:

Qanmazda olmaz mərifət,
Həyat qananlar üçün dərd,
Sözü yerində demək şərt 
Elə söz de ki, söz olsun.
Mərd insan sınar, əyilməz,
Heç vaxt ayağa sərilməz,
Hər izə yaxşı deyilməz
Çalış qoyduğun iz olsun.
Kinli olma dəvə kimi,
Aqil ol aqillər kimi,
Əyri qoysan bir az himi
Çətin o bina düz olsun.
Həmişə sözün de üzə,
Kişi kimi dik bax gözə,
Sözlü arxalan bir düzə 
Naqis, nakəslər yüz olsun.

“Mərd insan sınar, əyilməz”x9d dediyi bu şeirində bir mesaj var bütün insanlara. “Sın-əyilmə, öl-sürünmə, ayaqlara sərilmə, xain olma, xəbis doğulma, düz ol, düz bax deyərək insanlığa mesaj göndərir. İnsanı dörd bəndlik şeirində formalaşdırır. 
Şeirlər bəzən sahibinə oxşamır. Oxuduqca yazarla misraları müqaisə edib müxtəlif hisslər keçirirsən. Bənzərlik görə bilmirsən. Amma şeirləri onun özüdür dediyim üçün yanılmadım. O, özünü yazıb. Yazıb ki, insanlar, oxucular onu daha çox sevsin. 
Şeirlərin əbədiyyətdə əbədləşsin, müsiqilərin ürəyinin tellərindən qidalansın hər zaman, Şair!

Nəzmiyyə Hicran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO