Natiq Rəsulzadə erməni yazıçısı haqqında:

Natiq Rəsulzadə erməni yazıçısı haqqında: "Görünür yaxşı insandı”¦”x9d

Hazırda oxunan: Natiq Rəsulzadə erməni yazıçısı haqqında: "Görünür yaxşı insandı”¦”x9d

123620
Hazırda xa0Rusiyada yaşayan, uzun müddət Azərbaycan Yazıçılar Birliyinin xa0üzvü olmuş Levon Adyan adlı erməni yazıçı xa0proza.ru ədəbiyyat portalında “Uzaqlaşan sahil”x9d adlı yeni romanını çap etdirib. Bakı, Sumqayıt hadisələrindən bəhs edən romanda erməni məkri yenə də öz sözünü deyib. xa0Lakin vaxtilə Azərbaycan ədəbi cameəsi ilə yaxın, dost münasibətində olan Levon Adyanın yeni romanında bizim üçün ən maraqlı detal xa04 Azərbaycan xa0yazıçısının və 8 azərbaycanlı qadının adını çəkərək onları xoş xatirələrlə yad etməsi olub. O, xa0indiki şəraitdə belə həmin yazıçılara görə canını verməyə hazır olduğunu qeyd edib. Adyanın adını çəkdiyi həmin 4 yazıçıdan biri Natiq Rəsulzadə xa0Moderator.az saytına açıqlamasında qeyd edib ki, erməni yazıçı uzun müddət Azərbaycan Yazıçılar ittifaqında işləyib: "Onunla yaxın dostluq etməmişdim. Amma mənim də əsərlərimin bir neçəsini tərcümə edib. İnsan kimi yaxşı insan idi. Yazıçı kimi isə... xa0Ona həmişə deyirdim ki, Levon sənin artıq 50 yaşın var, amma xa0həmişə 5-7-ci sinif uşaqlarından yazırsan. 6-cı sinifdə oxuyan oğlan beşinci sinifdə oxuyan qıza xa0vurulur. Bu kimi şeylər yazırdı. Mən də deyirdim ki, uzaqlaş belə şeylərdən. Amma deyə bilmərəm ki, onunla çox təmasda olmuşam.xa0

Levon Adyana qalsa onun adımı çəkməsi, canını verməyə hazır olduğu dörd yazıçıdan biri kimi göstərməsi düzü mənim üçün gözlənilməz oldu.xa0

Onun hərəkətləri, xasiyyəti indi də xa0yadıma gəlir. xa0O əsərə baxdım. Orada Natiq Rəsulzadə adlı həkim obrazı var. Yəni yazıçı təxəyyülün məhsulu da var orda. Görünür adım xoşuna gəlib (gülür). Həm də yəqin bilirsiz, mənim ikinci peşəm həm də həkimdir axı...

Əsəri oxuyanda görmək olar ki, orada bir çox yazıçıların adları var. Səyavuş Məmmədzadədən çox danışıb.xa0

Yazıb ki, dörd azərbaycanlı yazıçıya görə canımdan keçməyə azıram. Düzü, buna mən inanmıram. Görünür, yaxşı insandı ki, xoş münasibətlər yadında qalıb”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO