Ermənistan vətəndaşlarına nəzarəti sərtləşdirir

Ermənistan vətəndaşlarına nəzarəti sərtləşdirir

Hazırda oxunan: Ermənistan vətəndaşlarına nəzarəti sərtləşdirir

98202
Cinayət işinin açıldığı Vaan Martirosyanın 2015-ci ilin sentyabrında Azərbaycana qaçışından sonra, Ermənistanın baş prokuroru Gevork Kostanyan bu qəbildən olan hadisələrin qarşısını almaq üçün prokurorlara haqqında cinayət təqibi həyata keçirilən, amma azadlıqda olan vətəndaşlara nəzarəti gücləndirməyə dair tapşırıq verib.

Moderator.az news.am-a istinadən xəbər verir ki, sentyabrın 30-da jurnalistlərlə söhbətdə baş prokuror qeyd edib ki, onun tapşırığı ilə prokurorlar heç bir yerə getməmək barədə iltizam imzalayan istənilən vətəndaşın pasportunun alınmasına nail olmalıdırlar.

Bununla yanaşı, Kostanyan vurğulayıb ki, pasportun müsadirə edilməsi qanunla müəyyən edilməyib, və bu hər bir müstəntiqin qərarı ilə olmalıdır.

“Qanun məcburi şərt müəyyən etməyib, və bunu işi aparan subyekt, ilkin araşdırma aparan müstəntiq anlamalıdır. O, pasportun müsadirəsinin məqsədəuyğun olub olmamasını anlamalıdır, belə ki, müstəntiqin buna formal səlahiyyəti yoxdur”x9d, - Ermənistanın baş prokuroru deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO