Türkiyədə ana iki qızını, ər isə arvadını öldürdü

Türkiyədə ana iki qızını, ər isə arvadını öldürdü

Hazırda oxunan: Türkiyədə ana iki qızını, ər isə arvadını öldürdü

96849
Türkiyənin Diyarbakır vilayətinin Kayapınar qəsəbəsində faciə baş verib.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana Ədalət Toprak ondan bayram hazırlığı üçün pul istəyən iki qızı ilə dava etməyə başlayıb.

Münaqişə qızışdığı bir vaxtda qadın evdəki tüfənglə övladlarına atəş açıb.

Nəticədə 18 yaşlı Həvva və 20 yaşındakı Kövsər Toprak yerindəcə həlak olublar. Bundan sonra qadın atəş səsinə evə gələn ata Sadıq Toprak da atəş açmağa cəhd göstərib, lakin silah açılmadığından niyyəti baş tutmayıb. Mətbəxdən bıçaq götürən ər arvadını bıçaqlayaraq öldürüb.

Cinayət faktları ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO