İtaliyada Mussolininin tərəfdarı hakimiyyətə gəldi

İtaliyada Mussolininin tərəfdarı hakimiyyətə gəldi

Hazırda oxunan: İtaliyada Mussolininin tərəfdarı hakimiyyətə gəldi

95997

İtaliya parlamentinin Deputatlar palatasına, həm də Senatına keçirilən növbədənkənar seçkilərdə böyük qələbə qazanan Corc Meloni, sözün əsl mənasında, uşaqlıqdan lider mövqelərə öyrəşib. O, 15 yaşında təhsil islahatlarına qarşı ilk etiraz təşkilatını yaradıb. 31 yaşında İtaliya tarixində ən gənc nazir olub. Həmin vaxt Meloni faşist tipli və sağ təmayüllü bir sıra təşkilatlarda təcrübə qazanıb. İndi onun 45 yaşı var və tezliklə İtaliyanın ilk qadın baş naziri olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya İtaliya mətbuatında yer alıb. 

Mənbə yazır ki, Corc Meloni hazırkı seçki koalisiyasına daxil olan "İtaliya qardaşları" partiyasını on il əvvəl təsis edib və partiyanın simvollarında ölkənin faşist keçmişini - milli bayrağın rəngləri ilə məşəli saxlayıb.

İtaliyanın ifrat sağçılarının ənənəsinə görə, bu, Benito Mussolininin məzarı üzərindəki əbədi məşələ bir işarədir.

Meloni heç vaxt ona qarşı rəğbətini gizlətməyib. Hətta təkid edib ki, İtaliya tarixi bütün mürəkkəbliyi ilə qəbul edilməlidir. Düzdür, indiki seçkilərdən əvvəl o, fikirlərinin radikal tərəfini yumşaltmağa çalışıb. Məqsəd isə seçiciləri qorxutmamaqdır.

Xatırladaq ki,  "İtaliya qardaşları"nın tərəfdaşları Matteo Salvininin “Liqa” və Silvio Berluskoninin “İrəli İtaliya” partiyalarıdır. Hər iki lider öz dövrlərində Vladimir Putinin qızğın dəstəyi ilə fərqləniblər. 

Meloni Avropanın ifrat sağçılarının standartlarına uyğun olaraq, Rusiyaya qarşı da sərt mövqe nümayiş etdirib.

Ukraynada böyük müharibənin başlayandan sonra da o, sərt mövqe tutub və Putin rejiminə qarşı bütün sanksiyaları dəstəkləyib, sadiq bir avropalı kimi reputasiyasını gücləndirməyə çalışıb. NATO-nun Ukraynaya hərbi yardımı müdafiə edib.
Ekspertlər bildirirlər ki, xanım baş nazirin koalisiyadakı tərəfdaşlarının səsləri ilə bağlı problem yaranarsa, o, seçkilərdə ikinci olan “Demokrat” partiyasından olan deputatlardan dəstək alacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO