“James Webb” teleskopu Orion dumanlığının fotosunu çəkib

“James Webb” teleskopu Orion dumanlığının fotosunu çəkib

Hazırda oxunan: “James Webb” teleskopu Orion dumanlığının fotosunu çəkib

93941

“James Webb” Kosmik Teleskopu Orion dumanlığının bu şəklini çəkib.   

Bizim.Media “SciTechDaily.com”a istinadən xəbər verir ki, foto ionlaşmış qaz, karbohidrogenlər, molekulyar qaz, toz və səpələnmiş ulduz işığından emissiyaları əks etdirən bir neçə filtrdən ibarətdir. 

Bu, yeni ulduzların yaranması üzrə Yer kürəsinə ən yaxın olan kosmik sahə olduğu üçün, o, alimlərin diqqətlərini özünə tərəf çəkir. “James Webb” tərəfindən çəkilmiş fotolarda Orion zolağını görmək olar. 

Orion zolağı sözügedən dumanlığın mərkəzində olan divarı xatırladır və o, radiasiyanın təsiri altındadır. Yeni yaranan ulduzlar da dumanlığın məhz bu hissəsində yerləşirlər. Sıx qazdan və tozdan olan divar çəkilmiş fotonun yuxarı sol küncündən aşağı sağ küncünə kimi əks olunub.

Bu divar fotonun yuxarı sağ küncündə (Orion Trapesiyası) əks olunmuş yüksək kütləli ulduzlardan ibarət qruplaşmadan gələn ultrabənövşəyi şüalanmanın qarşısını alan qala rolunda çıxış edir.
Divarın özü isə Orion Bar adlanır. Təqdim edilmiş fotoda həmçinin 2 cavan ulduzu da görmək oalr. Ulduzlardan biri planetar diskə sahibdir. Bu disk toz, qaz və buz qruplaşmasından ibarətdir və günlərin birində onlar formalaşan planetə birləşəcəklər. İkinci cavan ulduz isə hələ ki, toz və qaz buludu daxilində yerləşir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO