Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı 

Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı 

Hazırda oxunan: Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı 
88293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Baykar Machine şirkəti Ukraynada pilotsuz uçuş aparatları istehsal edəcək zavodun inşasına başlayıb. 

Bizim.Media Unian.net-ə istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar “Sağ qayıt” fonduna müsahibəsində deyib. 

“Ukraynadakı layihələrlə bağlı uzunmüddətli planlarımız var. Baykar burada bütün sistemləri istehsal edəcək fabrika, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzinin tikintisinə başlayıb. Yalnız PUA-ların gövdəsi deyil, elektronikası, proqram təminatı və s. burada buraxmaq istəyirik”. 

Haluk Bayraktar Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayraktar Akinci” ilə yanaşı, “Bayraktar Kızılelma” reaktiv hipersəs PUA-sı da istehsal etmək istədiklərini deyib. 

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynada “Bayraktar” zavodunun inşa olunacağı halda onun Rusiya qüvvələri tərəfindən demilitarizasiyaya məruz qalacağını açıqlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO